"Nənəmin təndiri"də yanğın oldu - Video
19 Noyabr 2026, 00:22
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
358
27.04.2025, 09:37
Bir çox insan pivəni zərərsiz, yüngül və "istirahət etdirici" bir spirtli içki kimi qəbul edir. Axşam işdən sonra bir şüşə pivə içmək adiləşmiş vərdişə çevrilib.
Oxu24.com Rusiya mətbuatına istinadən xəbər verir ki, narkoloq Ruslan İsayev bu barədə xəbərdarlıq edib.
"Gündəlik hətta bir şüşə pivə belə aludəçiliyin ilk əlaməti ola bilər".
Alkoqolizmin başlanğıcı rituallardan keçir
Məsələ yalnız qəbul edilən miqdarda deyil, eyni zamanda alkoqolla yaranan emosional bağlılıqda da gizlidir. Əgər insan pivəsiz rahatlaşa bilmirsə, əsəb və narahatlıq yalnız içkidən sonra keçir, bu artıq narahatedici siqnaldır.
"Nəzarətsiz içki qəbulu asılılığın əsas göstəricilərindəndir", - deyə mütəxəssis bildirir.
Başqa bir əlamət isə istirahət, hobbi və ya yaxınlarla vaxt keçirmək kimi fəaliyyətlərə qarşı marağın azalması, yerinə pivənin seçilməsi ola bilər.
Asılılıq testi: Özünüzü yoxlayın
Narkoloq sadə bir test təklif edir: bir həftəlik pivədən imtina edin. Əgər bu müddətdə sizi narahat edən düşüncələr, əsəbilik və ya pivəyə qayıtmaq arzusu yaranarsa, bu artıq asılılığın formalaşdığını göstərə bilər.
Zərər yalnız psixoloji deyil
Pivə yalnız psixoloji deyil, eyni zamanda fiziki sağlamlığa da ciddi ziyan vurur. Onun tərkibində olan etanol, siyuş yağları və fitoestrogenlər (bitki mənşəli hormonlar) hormonal tarazlığı poza bilər. Bu isə aşağıdakı fəsadlara yol aça bilər:
Ürəyin həddindən artıq yüklənməsi
"Pivə ürəyi" sindromunun inkişafı miokardın genişlənməsi və ürək çatışmazlığı, xüsusilə kişilərdə hormonal pozğunluqlar yaradır.
Nəticə olaraq qeyd edə bilərik ki, pivənin müntəzəm qəbulu zərərsiz bir vərdiş deyil, orqanizmin içəridən yavaş-yavaş məhv edilməsidir.milli.az
00:22 / 19 Noyabr 2026
147
23:10 / 18 Noyabr 2026
103
22:45 / 18 Noyabr 2026
99
22:40 / 18 Noyabr 2026
101
22:25 / 18 Noyabr 2026
101
22:25 / 18 Noyabr 2026
109
22:15 / 18 Noyabr 2026
102
22:11 / 18 Noyabr 2026
115
21:55 / 18 Noyabr 2026
109
21:53 / 18 Noyabr 2026
289
21:40 / 18 Noyabr 2026
123
21:26 / 18 Noyabr 2026
119
21:20 / 18 Noyabr 2026
119
21:09 / 18 Noyabr 2026
123
21:03 / 18 Noyabr 2026
479
20:53 / 18 Noyabr 2026
148
20:50 / 18 Noyabr 2026
126
20:45 / 18 Noyabr 2026
336
20:42 / 18 Noyabr 2026
178
20:40 / 18 Noyabr 2026
136
20:34 / 18 Noyabr 2026
144
20:28 / 18 Noyabr 2026
138
20:19 / 18 Noyabr 2026
801
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.