Qaynar xətt:

(+99450) 247 90 86

Bakı Ağır Cinayətlər Məhkəməsində yeni hakim 

Bakı Ağır Cinayətlər Məhkəməsində yeni hakim 

CƏMİYYƏT

469

25.04.2025, 21:21

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakı Ağır Cinayətlər Məhkəməsinə yeni hakim ezam edilib.

Iş yükünün çoxluğu ilə əlaqədar Bakı Ağır Cinayətlər Məhkəməsində hakim sayının artırılması barədə qərar verilib.

Nəsimi Rayon Məhkəməsinin hakimi Babək Pənahov sözügedən məhkəməyə ezam olunub, fəaliyyətini burada davam etdirəcək.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin bir neçə hakimi yaş həddi ilə bağlı yaxın müddətdə təqaüdə göndəriləcək. Artıq onların icraatına yeni cinayət işləri verilmir.