Evi bağışlayan şəxsin vərəsələri pay tələb edə bilərmi?– Vəkil açıqladı
21 Avqust 2026, 15:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
434
25.04.2025, 16:54
Rəqəmsal texnologiyaların həyatın ayrılmaz hissəsinə çevrildiyi bir dövrdə kiberdələduzluq da paralel olaraq sürətlə artır. Kapital Bank kiberdələduzluq hallarının qarşısının alınması istiqamətində mütəmadi olaraq həyata keçirdiyi monitorinqlərə əsaslanaraq istifadəçiləri diqqətli olmağa çağırır. Belə ki, son araşdırmalar zamanı Birbank mobil tətbiqinin istifadə olunduğu 12 000-dən çox virusa yoluxmuş cihaz müəyyən edilib və qabaqlayıcı tədbirlər nəticəsində onların hamısı potensial risklərdən azad edilib.
Qeyd edək ki, bank yalnız hadisələrə reaksiya verməklə kifayətlənmir, eyni zamanda kiber dələduzluğun qarşısını almaq üçün qabaqlayıcı tədbirlər tətbiq edir. Belə ki, Kapital Bank-ın təhlükəsizlik infrastrukturunun əsasını süni intellekt əsaslı texnologiyalar təşkil edir. Bu sistemlər vasitəsilə bank əməliyyatları 24/7 rejimində izlənilir, şübhəli fəaliyyətlər müəyyən edildikdə dərhal müdaxilələr həyata keçirilir.
Bütün bunlara baxmayaraq kiberdələduzluqla mübarizədə banklar və müştərilər birlikdə addımlamalıdırlar. Lisenziyasız, yəni pirat proqram təminatlarından istifadə ciddi təhlükəsizlik riskləri yaradır. Bu cür proqramlar vasitəsilə çox zaman cihazlara “backdoor” adlanan gizli və zərərli kodlar əlavə oluna bilər. Bu “backdoor”lar kiber cinayətkarlara istifadəçinin cihazına gizli şəkildə daxil olmaq imkanı verir. Nəticədə şəxsi məlumatların üçüncü şəxslərin əlinə keçməsi real təhlükəyə çevrilir. Xüsusilə “Android” istifadəçiləri üçün “Play Store”dən kənar yüklənən tətbiqlər, o cümlədən modifikasiya olunmuş “WhatsApp Plus”, “Instagram Plus” və müxtəlif oyun proqramlarının “APK” faylları ciddi təhlükə yaradır. Həmçinin, bank kartları ilə onlayn alış-veriş edərkən ictimai Wi-Fi şəbəkələrindən istifadə etmək tövsiyə edilmir.
Bu səbəbdən Kapital Bank olaraq bir daha müştərilərimizdən diqqətli olmalarını şəxsi məlumatlarını: kartın üzərindəki CVV/CVC kodu, sms vasitəsilə göndərilən 4 rəqəmli OTP kodu, kartın PIN kodunu, şəxsiyyət vəsiqəsinin FİN nömrəsini üçüncü şəxslərə verməməyi, banklar adına hazırlanan və göndərilən qeyri-peşəkar videolara və reklam mətnlərinə inanmamağı xahiş edirik.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 54 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.
16:46 / 21 Avqust 2026
1
16:32 / 21 Avqust 2026
25
16:30 / 21 Avqust 2026
39
16:12 / 21 Avqust 2026
50
16:07 / 21 Avqust 2026
58
16:03 / 21 Avqust 2026
66
15:55 / 21 Avqust 2026
55
15:53 / 21 Avqust 2026
61
15:35 / 21 Avqust 2026
75
15:27 / 21 Avqust 2026
81
15:15 / 21 Avqust 2026
71
15:05 / 21 Avqust 2026
90
14:46 / 21 Avqust 2026
73
14:26 / 21 Avqust 2026
71
14:25 / 21 Avqust 2026
77
14:15 / 21 Avqust 2026
77
14:14 / 21 Avqust 2026
84
14:09 / 21 Avqust 2026
79
13:55 / 21 Avqust 2026
68
13:53 / 21 Avqust 2026
80
13:45 / 21 Avqust 2026
73
13:31 / 21 Avqust 2026
73
13:21 / 21 Avqust 2026
84
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.