"Nənəmin təndiri"də yanğın oldu - Video
19 Noyabr 2026, 00:22
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
409
24.04.2025, 20:00
Təmizləyici yağ son zamanlar dərini təmizləmək üçün populyar bir məhsula çevrilib. Bəziləri onun kir və makiyajı asanlıqla həll etmə qabiliyyətinə görə effektiv olduğunu düşünür. Bəs bu, həqiqətən belədir?
Oxu24.com xəbər verir ki, ukraynalı dermatoloq və kosmetoloq Dariia Tishçenko bu məhsulla bağlı həqiqətləri açıqlayır.
Təmizləyici yağ nədir?
Təmizləyici yağ dəridəki makiyajı, kiri, artıq yağı və digər çirkləri təmizləmək üçün hazırlanmış bir məhsuldur.
Bu məhsul su ilə təmasda olduqda süd rəngli emulsiyaya çevrilir və bu da onun dəridən asanlıqla yuyulmasına imkan verir - arxasında yağlı təbəqə saxlamır.
Tərkibindəki yağlar dərinin dərinliklərinə nüfuz edə bildiyi üçün təmizləmə ilə yanaşı nəmləndirmə funksiyası da yerinə yetirir. Bu səbəbdən, təmizləyici yağlar bütün dəri tipləri, o cümlədən həssas və quru dərilər üçün uyğun hesab olunur və dərinin təbii nəm balansını qorumağa kömək edir.
Bəs bu məhsul məsamələri həqiqətən təmizləyirmi?
Kosmetoloq Dariia Tishçenko isə bu məsələdə tamamilə fərqli düşünür. Onun fikrincə, istənilən dəri tipi, xüsusilə qarışıq və yağlı dərilər üçün yağ əsaslı məhsulların istifadəsi yolverilməzdir.
"O yağdır və əksinə, məsamələri tıxaya bilər. O, piy və ya qara nöqtələri təmizləmir. Qara nöqtələrdən qurtulmaq üçün evdə peşəkar qulluq və vaxtaşırı pilinqlər etmək vacibdir", - deyə o bildirir.
Mütəxəssis əlavə edir ki, bir dəfə edilən kosmetik təmizləmə istənilən nəticəni verməyəcək. Çünki məsamələrin tam şəkildə təmizlənməsi bir dəfəlik prosedura ilə mümkün deyil.
"İlk növbədə piy vəzilərinin fəaliyyətini tənzimləmək, daha sonra isə bu nəticəni qoruyub saxlamaq lazımdır", - deyə Tishçenko vurğulayır.
"Sızanaqları sıxmayın, yapışqanlı burun bantlarından və təmizləyici yağlardan istifadə etməyin. Bu təhlükəlidir və xoşagəlməz nəticələrə səbəb ola bilər", - deyə mütəxəssis əlavə edib.milli.az
00:22 / 19 Noyabr 2026
147
23:10 / 18 Noyabr 2026
103
22:45 / 18 Noyabr 2026
99
22:40 / 18 Noyabr 2026
101
22:25 / 18 Noyabr 2026
101
22:25 / 18 Noyabr 2026
109
22:15 / 18 Noyabr 2026
102
22:11 / 18 Noyabr 2026
115
21:55 / 18 Noyabr 2026
109
21:53 / 18 Noyabr 2026
289
21:40 / 18 Noyabr 2026
123
21:26 / 18 Noyabr 2026
119
21:20 / 18 Noyabr 2026
119
21:09 / 18 Noyabr 2026
123
21:03 / 18 Noyabr 2026
479
20:53 / 18 Noyabr 2026
148
20:50 / 18 Noyabr 2026
126
20:45 / 18 Noyabr 2026
336
20:42 / 18 Noyabr 2026
178
20:40 / 18 Noyabr 2026
136
20:34 / 18 Noyabr 2026
144
20:28 / 18 Noyabr 2026
138
20:19 / 18 Noyabr 2026
801
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.