Kartda pul saxlamaq artıq risklidir - Bank işçisi hər şeyi danışdı
10 May 2025, 16:19
Qaynar xətt:
(+99450) 247 90 86SOS!: Bu toyuqları almayın! Görün nə yedizdirilir
CƏMİYYƏT
2582
24.04.2025, 12:22
Həkim deyir ki, küçədə satılan toyuqlar təhlükə mənbəyidir; qida mütəxəssisi: “4-6 aya yetişdirilməli toyuqlar 6-7 həftəyə 2 kiloqrama çatdırılır..."
Bazarlarda, metro çıxışlarında kənd toyuğu adı altında satılan məhsulların sayı artıb. İnsanların əksəriyyəti daha baha olsa da, bu məhsulu almağa üstünlük verir. Lakin son dövrlərdə işbazlar bu sahədə də alıcıları aldadırlar, kənd toyuğu adı ilə insanlara broyler toyuqları satırlar.
Bəs vətəndaşlar aldanmamaq üçün nələrə diqqət etməlidirlər? Qida təhlükəsizliyi eksperti İlkin Şirinov “Kaspi”yə bildirib ki, broyler toyuqlarının qidalanmasında kimyəvi qatqılı xüsusi kökəldici yemlərdən istifadə olunur.
Ekspertin fikrincə, belə halların qarşısının alınması üçün xüsusi mexanizm olmalıdır ki, insanlar işbazların qurbanına çevrilməsinlər.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, toyuqlar əsasən üç cür şəraitdə yetişdirilir: “Birincisi tam azaddır. Səhər hindən buraxılır, bir də axşam hinə doldurulur. Onlar buğda və arpa yarması ilə də qidalanırlar. İkincisi yarımazad toyuqlardır. Onlar hasar daxilində olsalar da, açıq havada olurlar. Onlara həm broylerlərin, həm də azad toyuqların yediyi yemlər verilir. Üçüncü isə tam qapalı şəraitdə saxlanılan broyler toyuqlarıdır. Onları tez yetişdirmək üçün müxtəlif vasitələrdən istifadə edilir. Broyler toyuqlarına antibiotiklər, hormonal dərmanlar verilir. Onlar da insan orqanizmi üçün zərərlidir”.
Hər gün belə toyuqlardan yemək sağlamlıq üçün nə dərəcədə təhlükəlidir?
Həmçinin oxuyun
Həkim-onkoloq Nəsimi Qasımov bizimlə söhbətdə deyib ki, broyler toyuqlarında gen dəyişmə olduğu təsdiqlənərsə, AQTA bunun satışına icazə verməz: “Həkim kimi yalnız onu deyə bilərəm ki, mağazadan kənar, sanitar baxışdan keçməmiş heç bir ərzaq məhsulunu alıb istehlak etmək tövsiyə olunmur. Mən küçə alverini qətiyyən qəbul etmirəm. Əgər orada həkim nəzarəti yoxdursa, təhlükəlidir. Marketlərdə də bu məhsullar baytar həkimin və AQTA-nın nəzarəti ilə satılmalıdır”.
Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova “Yeni Müsavat”a deyib ki, bu gün həm Azərbaycanda, həm də dünyada istənilən ictimai iaşə obyektində daha çox istifadə olunan broyler toyuqlarıdır: “Burada səbəb kimi ilk növbədə ətin qiymətinin digər ətlərə nisbətən aşağı olmasını göstərsələr də, əslində broyler toyuqlarının xüsusiyyətləri, riskləri, qaydaları, zərərləri ilə bağlı bir çox elmi araşdırmaların nəticəsi, xüsusilə də beynəlxalq elmi araşdırmaların nəticəsi, onun digər qidalara görə və bəzi insanlara daha ciddi risklərinin olması sübut edilib. Burada əsas məsələlərdən biri onların sürətli yetişdirilməsidir. Digər kənd toyuqlarından fərqli olaraq, açıq satılan toyuqlar əgər sağlam böyüdülürsə, vaxtı-vaxtında nəzarət olunursa, hər hansı bir xəstəlik baxımından riski yoxdursa, bunlar daha faydalı hesab olunur.
Lakin broyler toyuqları növünə görə kənd toyuqlarından fərqlənir. Onlar daha çox sürətli böyümək üçün və eyni zamanda alınma sortlar da olur ki, bu sortların yetişdirilməsi 6-7 həftə ərzində, bəzən 1 kq 800 və yaxud da 2 kq yarım çəkiyə çatdırılır. Ancaq bu çəkini normal kənd toyuqları 4-6 aya ala bilər. Digər məqam. Broyler toyuqlarında antibiotik müalicəsi aparılır ki, bu onların bir çox xəstəliklərə qarşı qorunmasına, davamlılığın yaranmasına görə mütləq şəkildə istifadə olunur və əgər istifadə olunmazsa, o zaman bir fermada saxlanılan bütün toyuqlar zərər görə bilər. Ona görə antibiotikin yemlərdə, hətta sularda da istifadəsi məcburidir.
Tez bir zamanda böyüdüyünə görə broyler toyuqlarında yağ və zülal tərkibi kənd toyuğuna nisbətən daha yüksək olur və ona görə də zülal keyfiyyəti oxşar olsa da, lakin dadına görə kənd toyuğundan fərqlidir".
Ekspert qeyd edir ki, bütün bu amilləri nəzərə alaraq mütəmadi olaraq broyler toyuqları qəbul edən insanlar diqqət etməlidir: “Burada əsasən 1-5 yaşında olan uşaqlar, eyni zamanda yeniyetmələr, 25 yaşa qədər olan orqanizm davamlı olaraq inkişaf etdiyinə görə, onlar daha çox vitamin və minerallarla, makro və mikro elementlərlə zəngin qidaları qəbul etməlidirlər. Onlar gün ərzində deyil, həftədə bir dəfə 100-120 qram şəklində broyler toyuğu qəbul edə bilərlər və bu, ayda 4 dəfəni keçməmək şərtilə olmalıdır.
İstər kənd toyuğu, istər broyler toyuğu alarkən, etibarlı yerdən, mənşəyi bəlli olan yerdən alınmalıdır. Saxlanılmasında, kəsilməsində, satışa təqdim olunmasında bütün sanitar-gigiyena normalarına, qaydalarına əməl olunmalıdır. Qoxusunun, rənginin dəyişməməsinə diqqət etmək lazımdır. Əgər hər hansı bir dəyişiklik varsa, rəngində tündlük varsa, qoxusunda xoşa gəlməzlik varsa, həmin məhsulu istifadə etmək olmaz, çünki bu məhsul artıq xarab olmuş sayılır. Toyuq əti daha tez xarab olmağa meylli olduğuna görə mütləq alarkən və saxlayarkən, bişirilərkən də donunun bir dəfə açılıb istifadə olunmasına diqqət olunmalıdır və bir dəfə bişirilən qida həmin vaxtda da istehlak olunmalıdır. Bu da onun tərkibində mikroorqanizmlərin sürətlə çoxalması nəticəsində tərkibin dəyişməsi və qida zəhərlənməsinə səbəb ola bilər.
Bir çox hallarda pəhrizdə olan insanlara, arıqlamaq istəyənlərə daha çox toyuğun döş əti tövsiyə edilir, burada diqqət ediləcək məqam yenə də miqdarı keçməməkdir. Çünki əgər kilo vermək üçün zülal tərkibli olaraq istifadə olunursa, bu zaman onun yanında mütləq tərəvəzlər, dənli bitkilər, paxlalı qidalar olmalıdır. Əks halda, çox miqdarda bu ətdən istifadə etmək vitamin-mineral çatışmazlığına gətirib çıxaracaq, eləcə də sağlamlıq üçün bir çox fəsadlar törədə bilər".
18:44 / 10 May 2025
Ayağınızda bu izlər varsa, diqqət! - Beyinlə əlaqəsi üzə çıxdı
1
18:33 / 10 May 2025
Şəkidə qəza olub
14
16:19 / 10 May 2025
Kartda pul saxlamaq artıq risklidir - Bank işçisi hər şeyi danışdı
235
14:05 / 10 May 2025
Dəhşətli qəza: Həyatını itirənlər var
548
14:01 / 10 May 2025
495 kiloqramlıq kosmik gəmi Yerə düşdü - YENİLƏNİB - FOTO
139
13:43 / 10 May 2025
Dolu düşəcək,sel keçəcək - Əhaliyə xəbərdarlıq
600
13:29 / 10 May 2025
Müdafiə Nazirliyi açıqlama yaydı
94
13:11 / 10 May 2025
Hava ilə bağlı açıqlama
388
11:42 / 10 May 2025
Dünən itkin düşmüşdü, bu gün meyiti tapıldı
116
11:21 / 10 May 2025
Azərbaycanda bu vəzifəli şəxs VƏFAT ETDİ - FOTO
788
11:06 / 10 May 2025
Jurnalist Allahverdi Əsədovun xatirələrində Heydər Əliyev
3095
10:16 / 10 May 2025
Prezident İlham Əliyev Ulu Öndərin anadan olmasının ildönümü münasibətilə video paylaşıb
89
10:13 / 10 May 2025
Birinci vitse-prezident Mehriban Əliyeva Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə paylaşım edib
75
10:12 / 10 May 2025
Birinci vitse-prezident Mehriban Əliyeva Daşaltı kəndindən paylaşım edib
78
10:10 / 10 May 2025
"Uşaqlarım dedi ki, ata, bizi bir də buraya gətirmə"
127
10:05 / 10 May 2025
Prezident İlham Əliyev Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar paylaşım edib
94
10:00 / 10 May 2025
Miqreni olanlar bu qidaları yeməsin
101
09:44 / 10 May 2025
Milyonlarla insan təhlükədədir - QORXUNC XƏBƏRDARLIQ
115
09:30 / 10 May 2025
Kürün səviyyəsinin qalxması nəticəsində bəzi əraziləri su basdı
109
09:08 / 10 May 2025
Bu cür siyasi liderlər yüz ildən bir dünyaya gəlirlər — Pedaqoji Universitetinin müəllimi Ümummilli Liderdən yazır
110
09:00 / 10 May 2025
Azərbaycanda distant təhsil TANINACAQ
109
08:54 / 10 May 2025
“Azərbaycanla müharibə olmayacaq”
106
00:49 / 10 May 2025
“Hamı onu aktrisa bilir, əslində isə...” - “Komedixana”nın ulduzu haqqında bilinməyən faktlar
593
00:06 / 10 May 2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür
344
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.