600 bal da risk altındadır: Bu il bu ixtisaslarda keçid balları arta bilər
21 Avqust 2026, 19:42
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
290
24.04.2025, 10:10
Son illərdə xüsusilə sağlam qidalanma tərzi ilə maraqlananların menyusunda ön sıralarda yer alan "smoothie" içkiləri ilə bağlı xəbərdarlıq edilib.Meyvələrdən hazırlanan bu içkilər sağlam hesab olunsa da, tərkibindəki şəkərin səviyyəsi ciddi risklər yarada bilər.
Oxu24.com xəbər verir ki, Dorset Universiteti Xəstəxanalarının məsləhətçi həkimi Dr. David Cavan bildirib ki, bəzi smoothie növləri tərkibindəki şəkər baxımından qazlı içkilərlə, xüsusilə də kolayla eyni səviyyədədir: "Bir smoothie bəzən bir qutu soda qədər, yəni təxminən 9 çay qaşığı şəkər ehtiva edə bilər. Bu isə həm çəki artımı, həm də 2-ci tip şəkərli diabet riskini artırır."
Dr. Cavan qeyd edib ki, smoothie içkilərindəki şəkərin meyvədən gəlməsi onun zərərini azaltmır: "Bəli, bu şəkər təbiidir, amma bu, onun sağlam olduğu anlamına gəlmir. Meyvənin lifli hissələri smoothies hazırlanan zaman əzilərək aradan qalxır və nəticədə içki daha şirin, lakin daha az doyurucu olur".
O, həmçinin tövsiyə edir ki, insanlar smoothie və meyvə şirəsi yerinə meyvənin özünü istehlak etsinlər. Beləliklə həm daha az kalori qəbul olunur, həm də daha uzun müddət tox qalmaq mümkündür milli.az
Məqaləyə dair fotomateriallar:
19:42 / 21 Avqust 2026
36
19:21 / 21 Avqust 2026
52
19:08 / 21 Avqust 2026
115
18:46 / 21 Avqust 2026
66
18:41 / 21 Avqust 2026
61
18:33 / 21 Avqust 2026
68
18:20 / 21 Avqust 2026
61
18:10 / 21 Avqust 2026
91
17:59 / 21 Avqust 2026
79
17:45 / 21 Avqust 2026
104
17:30 / 21 Avqust 2026
90
17:10 / 21 Avqust 2026
115
17:00 / 21 Avqust 2026
76
16:58 / 21 Avqust 2026
89
16:46 / 21 Avqust 2026
81
16:32 / 21 Avqust 2026
81
16:30 / 21 Avqust 2026
92
16:12 / 21 Avqust 2026
91
16:07 / 21 Avqust 2026
111
16:03 / 21 Avqust 2026
103
15:55 / 21 Avqust 2026
76
15:53 / 21 Avqust 2026
87
15:35 / 21 Avqust 2026
96
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.