Minaya düşən traktorçunun vəziyyəti açıqlandı
21 Avqust 2026, 21:30
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
422
22.04.2025, 22:20
Son zamanlarda Bakı Metropolitenində sərnişinlərin maşinistlə rabitə xidmətindən lüzumsuz istifadə hallarında artım müşahidə olunub.
Oxu24.com xəbər verir ki Bakı Metropoliteni QSC-nin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, bu cür hallar təhlükəsizlik baxımından ciddi narahatlıq doğurur və sərnişin məsuliyyətinin böyük əhəmiyyət kəsb etdiyi vurğulanır.
Bildirilib ki, qatar maşinisti yalnız nəqliyyat vasitəsini idarə etmir, eyni zamanda təxminən 1600 sərnişinin təhlükəsiz şəkildə mənzil başına çatmasını təmin etmək kimi ağır bir məsuliyyət daşıyır. Maşinist tunel infrastrukturu və qarşısına çıxan mümkün maneələrlə bağlı daim diqqətli olmalıdır. Bu səbəbdən onun işinə müdaxilə etmək və diqqətini yayındırmaq ciddi risklər yaradır və qəti şəkildə yolverilməzdir.
Qeyd olunub ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, sərnişin-maşinist rabitəsindən zərurət olmadıqda istifadə edənlərə qarşı cərimə tədbirləri nəzərdə tutulur. Rabitə yalnız fövqəladə hallarda - sərnişinin halının pisləşməsi, vaqonda şübhəli cisimlərin aşkar edilməsi, texniki nasazlıq və ya digər təhlükəli vəziyyətlər zamanı məlumat vermək məqsədilə istifadə olunmalıdır.
22:11 / 21 Avqust 2026
4
21:57 / 21 Avqust 2026
27
21:30 / 21 Avqust 2026
34
20:56 / 21 Avqust 2026
45
20:52 / 21 Avqust 2026
54
20:14 / 21 Avqust 2026
67
19:42 / 21 Avqust 2026
84
19:21 / 21 Avqust 2026
84
19:08 / 21 Avqust 2026
150
18:46 / 21 Avqust 2026
90
18:41 / 21 Avqust 2026
74
18:33 / 21 Avqust 2026
90
18:20 / 21 Avqust 2026
72
18:10 / 21 Avqust 2026
109
17:59 / 21 Avqust 2026
94
17:45 / 21 Avqust 2026
116
17:30 / 21 Avqust 2026
97
17:10 / 21 Avqust 2026
128
17:00 / 21 Avqust 2026
83
16:58 / 21 Avqust 2026
94
16:46 / 21 Avqust 2026
86
16:32 / 21 Avqust 2026
87
16:30 / 21 Avqust 2026
96
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.