Qaynar xətt:

(+99450) 247 90 86

Azad olunmuş ərazilərə qayıdan sakinlərə çıxarışların verilməməsi məsələsinə aydınlıq gətirilib 

CƏMİYYƏT

107

22.04.2025, 16:35

Bəzi saytlarda azad olunmuş ərazilərdə öz dədə-baba torpaqlarına yaşamağa qayıdanlara mənzillərin çıxarışlarının verilməməsi, onlarla sadəcə müqavilə imzalanması ilə bağlı xəbərlər yayılıb.

Əmlak Məsələləri Dövlət Xidmətindən APA-nın sorğusuna cavab olaraq, bildirilib ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən müvafiq normativ hüquq aktının layihəsi hazırlanıb.

Qeyd edilib ki, layihə qüvvəyə mindikdən sonra sözügedən yaşayış sahələri üzərində vətəndaşların hüquqlarının dövlət qeydiyyatının aparılması məsələsinə baxılması təmin ediləcək.