İmişlidə ağır qəza - ÖLƏN VAR
21 Avqust 2026, 23:49
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
826
22.04.2025, 11:41
Pensiya yaşı bir çox insan üçün dincəlmək, istirahət etmək dövrünün başlanğıcı kimi hesab olunur. Ancaq bu mərhələdə belə, işləməyə davam edənlər var. Onların bəziləri maddi ehtiyacdan, bəziləri isə peşəsinə olan sevgisindən işləməyə davam edirlər.
Bu məqamda bir çox insana maraqlıdır ki, şəxs pensiya yaşına çatdığı halda işləməyə davam edirsə, onun əmək pensiyası artılırmı və yaxud yığılan vəsait ona necə qaytarılır?
Oxu24.com xəbər verir ki, deputat Vüqar Bayramov Bizim.Media-ya açıqlamasında bildirib ki, pensiya yaşı tamam olmuş, amma işləməyə davam edən vətəndaşlar üçün pensiya işlədiyi müddətdə yenidən artırılır.
O, Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq məsələni izah edib:
“Qanunvericiliyə əsasən, işləyən vətəndaşlar üçün pensiya məbləği ilk dəfə 6 ildən bir, 2 dəfə olmaqla artırılır. Bu zaman işinə davam edən vətəndaş üçün onun 6 il ərzində pensiya hesabında yığılan kapital 72-yə bölünür, alınan məbləğ isə pensiyaya əlavə olunur”.
Millət vəkili məsələnin izahına uyğun nümunə də verib:
“Məsələn, vətəndaşın pensiyası 700 manatdırsa, onun işlədiyi müddətdə pensiya hesabında 8000 manatlıq bir yığım varsa, o 72-yə bölünür. Alınan məbləğ pensiyasına əlavə edilir.
Təbii ki, 6 il müddətində vətəndaşın pensiya hesabında nə qədər kapital yığılırsa, bu ona daha çox pensiya almaq imkanı yaradır. Buna görə də işləyən vətəndaşlar üçün pensiya artımları işlədiyi müddətdə 6 ildən bir olmaqla həyata keçirilir”.
23:49 / 21 Avqust 2026
42
23:00 / 21 Avqust 2026
49
22:39 / 21 Avqust 2026
51
22:25 / 21 Avqust 2026
61
22:11 / 21 Avqust 2026
70
21:57 / 21 Avqust 2026
82
21:30 / 21 Avqust 2026
72
20:56 / 21 Avqust 2026
76
20:52 / 21 Avqust 2026
66
20:14 / 21 Avqust 2026
79
19:42 / 21 Avqust 2026
91
19:21 / 21 Avqust 2026
94
19:08 / 21 Avqust 2026
169
18:46 / 21 Avqust 2026
100
18:41 / 21 Avqust 2026
77
18:33 / 21 Avqust 2026
95
18:20 / 21 Avqust 2026
75
18:10 / 21 Avqust 2026
113
17:59 / 21 Avqust 2026
97
17:45 / 21 Avqust 2026
122
17:30 / 21 Avqust 2026
102
17:10 / 21 Avqust 2026
134
17:00 / 21 Avqust 2026
87
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.