Qaynar xətt:

(+99450) 247 90 86

Kolleclərə yeni təyinatlar olub 

CƏMİYYƏT

117

22.04.2025, 10:34

Bir neçə kollecə yeni təyinatlar olub.

Bu barədə  Oxu24.com-a  Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, Rövşən Qurbanov Masallı Dövlət Regional Kollecinin direktoru, Sevda Həsənova Azərbaycan Memarlıq və İnşaat Universiteti nəzdində İnşaat Kollecinin direktor müavini təyin edilib. Dürrə Hacıyevaya isə Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru vəzifəsinin müvəqqəti icrası həvalə edilib.