1 nəfərə düşən ünvanlı sosial yardımın ən yüksək olduğu rayonlar - CƏDVƏL
22 Avqust 2026, 00:03
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
587
21.04.2025, 22:35
Dünyada ən çox istehlak edilən qidalardan biri olan yumurta, əsasən ağ və qəhvəyi rənglərdə satışa çıxarılır. Uzun müddətdir bu iki növ arasında hansı daha sağlamdır sualına cavab axtarılsa da, mütəxəssislər bu rəng fərqinin sağlamlığa təsir etmədiyini bildirirlər.
Oxu24.com xəbər verir ki, bir neçə ay əvvəl Almaniya Yumurta İstehsalçıları Federal Birliyi qəhvəyi yumurtaların istehsalına məhdudiyyət tətbiq etmək barədə qərar qəbul edib. İlk olaraq bu qərarın sağlamlıqla əlaqəli olduğu düşünülsə də, bu addımın iqtisadi cəhətdən atıldığı üzə çıxıb. Bu qərar Niderland, Belçika və Fransa kimi ölkələrdə də tətbiq edilməyə başlayıb.
Qeyd edək ki, yumurtanın rəngi toyuğun cinsi ilə bağlıdır. Toyuqların qulaqcığının rəngi onların ağ, ya da qəhvəyi yumurta qoyacağını əvvəlcədən göstərir. Araşdırmalara əsasən, ağ yumurta verən toyuqlar həm daha az yem yeyir, həm də daha məhsuldar olur.
Almaniya Yumurta İstehsalçıları Federal Birliyinin rəhbəri Henner Schönecke bildirib ki, ağ yumurtaların istehsalı həm daha ucuz başa gəlir, həm də toyuqlar daha uzunömürlü olur. Bu da fermerlərə daha uzun müddət məhsul almağa imkan verir.
Mütəxəssislərin fikrincə, ağ və qəhvəyi yumurtaların insan sağlamlığına təsiri baxımından heç bir fərqi yoxdur. Amma iqtisadi üstünlüklərinə görə, gələcəkdə qəhvəyi yumurtaların bazardan tamamilə çəkilə biləcəyi ehtimal edilir.
00:03 / 22 Avqust 2026
32
23:49 / 21 Avqust 2026
51
23:00 / 21 Avqust 2026
58
22:39 / 21 Avqust 2026
58
22:25 / 21 Avqust 2026
67
22:11 / 21 Avqust 2026
73
21:57 / 21 Avqust 2026
85
21:30 / 21 Avqust 2026
76
20:56 / 21 Avqust 2026
80
20:52 / 21 Avqust 2026
68
20:14 / 21 Avqust 2026
81
19:42 / 21 Avqust 2026
93
19:21 / 21 Avqust 2026
96
19:08 / 21 Avqust 2026
173
18:46 / 21 Avqust 2026
102
18:41 / 21 Avqust 2026
78
18:33 / 21 Avqust 2026
97
18:20 / 21 Avqust 2026
77
18:10 / 21 Avqust 2026
116
17:59 / 21 Avqust 2026
101
17:45 / 21 Avqust 2026
126
17:30 / 21 Avqust 2026
106
17:10 / 21 Avqust 2026
136
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.