İnsanlar 100 yaşdan sonra niyə xərçəngə daha az tutulur? - Alimlər gözlənilməz cavab
22 Avqust 2026, 00:41
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
580
19.04.2025, 12:51
17 aprel 2025-ci il tarixdə İmişli rayon Ağsaqqallar Şurası xristianların "Pasxa" bayramı münasibətilə rayon mərkəzində yerləşən möhtəşəm "Kral Saray"da tədbir keçirmişdir.
Bayram tədbirində İmişli rayon Ağsaqqallar Şurasının rəhbərliyi, ərazi təşkilatlarının sədrləri və İmişli rayonu Rus icmasının çoxsaylı üzvləri iştirak etmişdir. Zəngin bayram süfrəsi, "Kral Saray"ın xidmət personalı və musiqi ansambılı məclisə əsrarəngiz ovqat qatmışdır!
Təntənəli görüşü giriş sözü ilə açan İmişli rayon Ağsaqqallar Şurası sədrinin Millətlərarası Münasibətlər üzrə köməkçisi Adil Kərimov bəşəri ənənəvi dəyərlər daşıyıcısı olan "Pasxa"nın mahiyyəti və onun müasir dövrümüz üçün tərbiyəvi əhəmiyyətindən danışdı.
Tədbirdə çıxış edən İmişli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor, çox hörmətli Eldar Quliyevin adından və öz adından görüş iştirakçılarını salamlayaraq təbrik etdi! Milli və dini münasibətlərdə tolerantlığın mühüm əhəmiyyətini önə çəkərək İmişli rayon Ağsaqqallar Şurasının fəaliyyətində bu dəyərlərə xüsusi diqqət yetirildiyini qeyd etdi. Möhtərəm prezidentimiz İlham Əliyevin çoxmillətli respublikamızda "xalqlar dostluğu bütün qələbələrimizin rəhnidir" fikrini önə çəkən Saleh Səmədov çıxışını "dəmir yumruqlu, dəmir iradəli prezidentimizin ətrafında müsəlləh əsgər kimi birləşməyin hər bir Azərbaycan vətəndaşı üçün müqəddəs vicdan borcudur" sözləri ilə yekunlaşdırdı!
Təntənəli görüşdə söz alan İmişli rayon Rus icmasının sədri xanım Lyudmila Beteva İmişli rayon Ağsaqqallar Şurasına və Şuranın sədri Saleh Səmədova icma üzvləri adından dərin minnətdarlığını bildirdi və öz növbəsində iştirakçılara müqəddəs "Pasxa" bayramı münasibətilə təbriklərini və dualarını ifadə etdi!
Görüşdə İmişli rayon Ağsaqqallar Şurası sədrinin müavini Məmi Atakişiyev, Əliqulular kənd ərazi təşkilatının sədri, əməkdar müəllim, Prezident təqaüdçüsü Səxavət Tağlar, Qaravəlli kənd ərazi təşkilatının sədri Tahir Quliyev və rus icmasının üzvləri çıxış etdilər.
Tədbirin sonunda rus icmasının üzvlərinə, üzərində Azərbaycan Ağsaqqallar Şurasının emblemi olan qutularda bayram sovqatları hədiyyə edildi.
Tədbir musiqi, rəqs, minnətdarlıq bildirən fikirlərlə davam edərək yüksək əhval- ruhiyyə ilə yekunlaşdı.
00:41 / 22 Avqust 2026
27
00:03 / 22 Avqust 2026
67
23:49 / 21 Avqust 2026
63
23:00 / 21 Avqust 2026
64
22:39 / 21 Avqust 2026
73
22:25 / 21 Avqust 2026
81
22:11 / 21 Avqust 2026
84
21:57 / 21 Avqust 2026
96
21:30 / 21 Avqust 2026
87
20:56 / 21 Avqust 2026
90
20:52 / 21 Avqust 2026
70
20:14 / 21 Avqust 2026
82
19:42 / 21 Avqust 2026
95
19:21 / 21 Avqust 2026
98
19:08 / 21 Avqust 2026
177
18:46 / 21 Avqust 2026
105
18:41 / 21 Avqust 2026
79
18:33 / 21 Avqust 2026
97
18:20 / 21 Avqust 2026
77
18:10 / 21 Avqust 2026
117
17:59 / 21 Avqust 2026
103
17:45 / 21 Avqust 2026
126
17:30 / 21 Avqust 2026
107
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.