Azərbaycanın 3 rayonunda güclü yanğın:Xeyli sayda yanğınsöndürən və helikopterlər köməyə getdi
26 İyul 2025, 01:08
Qaynar xətt:
(+99450) 247 90 86Sevinc Osmanqızı Azərbaycana verilir? — Elman Nəsirovdan açıqlama
CƏMİYYƏT
2662
18.04.2025, 17:18
Son aylarda sosial media platformalarında, müxtəlif “YouTube” kanalları üzərindən yayımlanan bəzi kontentlər Azərbaycan Respublikasının konstitusiya quruluşuna və ictimai sabitliyə qarşı yönəlmiş çağırışlarla diqqət çəkib. Xaricdə yaşayan və özlərini “siyasi mühacir” kimi təqdim edən bir sıra blogerlər müxtəlif kanallarda ölkə daxilində qarışıqlıq yaratmağa, dövlət qurumlarını hədəfə almağa, cəmiyyətdə çaşqınlıq və narazılıq doğurmağa yönəlik çıxışlar ediblər. Onların fəaliyyəti uzun müddətdir ictimai və hüquqi müstəvidə müzakirə mövzusudur.
Bu kontekstdə Azərbaycan Respublikasının Baş Prokurorluğu həmin şəxslərə qarşı hüquqi prosedura start verib. Aralarında Orduxan Bəbirov, Qabil Məmmədov və digər şəxslərin də olduğu qrupun üzvlərinə Cinayət-Prosessual Məcəllənin 467-13.4-cü maddəsinə əsasən rəsmi çağırış göndərilib. Onların Bakı şəhərində Baş Prokurorluğun İstintaq Baş İdarəsinin inzibati binasında istintaqda iştirak etmələri tələb olunub. Lakin qeyd olunan şəxslər uzun müddətdir ölkə hüdudlarından kənarda gizləndiklərinə və istintaqdan yayındıqlarına görə barələrində axtarış elan edilib.
Prokurorluq tərəfindən bildirilib ki, bu şəxslərə ibtidai istintaqda iştirak etmək, müdafiəçi seçmək və digər prosessual hüquqlardan istifadə etmək imkanları tanınır. Bununla yanaşı, qanunvericiliyin müvafiq tələblərinə əsasən, çağırışa əməl etmədikləri halda barələrində qiyabi icraat başlanılması və qiyabi hökmün çıxarılması da nəzərdə tutula bilər.
Modern.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov deyib ki, bu şəxslər məsuliyyət hislərini tamamilə itiriblər, onlar Baş Prokurorluğun qərarını rişxəndlə qarşılayırlar:
"Görünür ki, erməni və ermənipərəst ağaları, sahibləri onları arxayın edən addımlar atıb. Əks halda onlardan belə davranış gözləmək olmazdı, məsuliyyət hiss edərdilər ki, Azərbaycan Baş Prokurorluğu barələrində artıq cinayət işi açıb və onları istintaqa cəlb edir. Amma görünür, Fransada məskunlaşan özünü bloger kimi təqdim edən, əslində isə anti-milli ünsür olan və Azərbaycan dövlətinə, dövlətçiliyinə qarşı, konstitusyon quruluşu dəyişməyə çağırış edən, yəni başdan-ayağa cinayətkar əməllərə malik olan şəxslər Emmanuel Makronun prezident olduğu ölkənin onları Azərbaycana verməyəcəyindən arxayındırlar. Yaxud Almaniya ilə bağlı eyni fikirləri söyləmək olar. Bir daha demək istəyirəm ki, faktiki cinayət yolu seçmiş, terrorçuluğa, ölkəmizdə konstitusion quruluşu devirməyə çağırış etmiş, dələduzluq əməllərinə imza atmış bu şəxslərin arxayınçılığının yeganə motivi ölkələrdəki anti-Azərbaycan siyasi dairələri ilə bağlıdır. Arxayınçılıq bundan qaynaqlanır. Bir şey söyləyim ki, dünyada əbədi, daimi dostlar yox, daimi maraqlar var. Bir gün dəyişən maraqlar fonunda ağaları, yiyələri həmin bu şəxsləri bir əlcək kimi kənara tullayacaqlar. Deyəcəklər ki, “sizin faydalılıq əmsalınız bizim üçün bitdi”. Hesab edirəm ki, həmin gün elə də uzaqda deyil”.
Həmçinin oxuyun
E.Nəsirov ABŞ-də yaşayan Sevinc Osmanqızına da Baş prokurorluq tərəfindən cinayət işi açılmasının istisna olmadığını vurğulayıb:
“Bayden administrasiyası dövründə Sevinc Osmanqızı istisna idi. O, kanalında gecə-gündüz Bayden administrasiyasını tərifləyirdi. Lakin indi siz ona baxsanız görərsiniz ki, Tramp administrasiyasını və onun xarici siyasətini rişxəndlə qarşılayır. Və eyni zamanda onu ələ salır, məsxərəyə qoyur. Bu o deməkdir ki, indiki administrasiya onun maraqlarına uyğun siyasət yeritmir. Tramp administrasiyasının Azərbaycanla münasibətləri çox yaxşıdır. Trampın cənab İlham Əliyevə göndərdiyi son məktubda da bunu görmək mümkündür. Azərbaycan Prezidentinin Trampın seçilməsinin ABŞ-Azərbaycan münasibətlərinin inkişafına gətirib-çıxaracağına əminliyini ifadə etməsi fonunda məsələlərə qiymət versək, prespektivdə Sevinc Osmanqızının elə məhz Tramp tərəfindən Azərbaycana təhvil verilməsi baş tuta bilər”.
01:50 / 26 İyul 2025
Qadın küçədə sevgilisini bıçaqladı
21
01:08 / 26 İyul 2025
Azərbaycanın 3 rayonunda güclü yanğın:Xeyli sayda yanğınsöndürən və helikopterlər köməyə getdi
232
01:04 / 26 İyul 2025
Moskvada azərbaycanlı iş adamının ofisinə hücum: Milyarder Bakıya gəldi - yenilənib - FOTO
32
00:01 / 26 İyul 2025
Azərbaycan incəsənətinə ağır itki - FOTO
31
23:44 / 25 İyul 2025
Rusiyada matəm elan edildi - yenilənib - VİDEO - FOTO
29
23:33 / 25 İyul 2025
Allahverdi Yolçuyev işlə təmin olundu
32
22:23 / 25 İyul 2025
Tramp: “HƏMAS razılaşmaq istəmədi – ovlanacaq”
31
20:10 / 25 İyul 2025
Əmanətlərdə artım dalğası
31
16:16 / 25 İyul 2025
Türkiyənin Səhiyyə Nazirliyi Kadırovun boğulma xəbərinə nə deyir?
132
16:07 / 25 İyul 2025
Allahverdi Yolçuyevlə bağlı - Nazirlikdən açıqlama
107
16:03 / 25 İyul 2025
İsrail HƏMAS-ın əsas fiqurunu aradan götürdü
86
15:45 / 25 İyul 2025
Fransa Zelenskinin sözlərindən qəzəblənib
84
15:44 / 25 İyul 2025
Yeniyetmə anasını və nənəsini niyə öldürüb? — Ailədən tükürpədici AÇIQLAMA +VİDEO
1293
15:41 / 25 İyul 2025
Türkiyə və Suriya XİN rəhbərləri İraqa səfər ediblər
81
15:35 / 25 İyul 2025
20 yaşlı oğlan kanalda batıb
83
15:24 / 25 İyul 2025
Putin patentlərlə bağlı fərman İMZALADI
553
15:11 / 25 İyul 2025
İpoteka Fondunun nizamnamə kapitalı artırıldı - Fərman
85
15:06 / 25 İyul 2025
Prezident Qanunu TƏSDİQLƏDİ
538
14:59 / 25 İyul 2025
Ovçu Pirim corab satırsa… Miri Məcidli yazır....
145
14:35 / 25 İyul 2025
SON DƏQİQƏ! Hərbi helikopter havada "yoxa çıxdı"
122
14:30 / 25 İyul 2025
Aygün Kazımovanın geyimi ilə bağlı ŞOK AÇIQLAMA: 120 saata hazırlanıb...
218
14:08 / 25 İyul 2025
Putindən yeni TƏYİNATLAR
336
13:40 / 25 İyul 2025
Rus hərbçiləri öz döyüş yoldaşlarını BELƏ ÖDÜRÜR - ŞOK FAKTLAR
111
13:31 / 25 İyul 2025
Ağdamın Gülablı kəndində başlayan yanğın Xocavənd rayonu ərazisinə keçib
101
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.