TƏBİB rəhbəri tapşırıq verib
15 Dekabr 2025, 17:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
8745
18.04.2025, 14:21
Məlum olduğu kimi, ötən gün Səhiyyə Nazirliyi plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyəti göstərməyə icazəsi olan həkimlərin siyahısını açıqlayıb. Nazirlikdən bildirilib ki, tibb mütəxəssislərinin plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verən yeni hüquqi əsaslar olduğu halda sözügedən siyahı mütəmadi yenilənəcək.
Oxu24.com Oxu.az-a istinadən xəbər verir ki, bir çox tanınmış plastik cərrahların adının həmin siyahıda yer almaması suallar yaradıb.
Adı siyahıda olmayan tanınmış plastik cərrah Dilqəm Məhərrəmov deyib ki, qərar həm onun, həm də plastik cərrahiyyə dərnəyinin digər üzvləri üçün gözlənilməz olub:
“Mən gözümü açandan plastik cərrahiyyə ilə məşğulam. Dünya Plastik Cərrahiyyə Cəmiyyətinin tanıdığı cərraham. Siyahıda adımın olmaması məni təəccübləndirdi. Daha sonra maraqlandıq, dedilər ki, bu, ilkin siyahıdır və araşdırmalar davam edir. Yəni siyahı yenilənəcək.
Siyahı açıqlandıqdan sonra Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Plastik Cərrahiyyə Şöbəsində çalışan dostum zəng etmişdi. Deyir ki, onun öyrətdiyi 4 rezidentin adı siyahıdadır, amma onun - müəllimin adı yoxdur. Halbuki 5 ildən bir Həkimləri Təkmilləşdirmə İnstitutunda sertifikasiyadan keçirik. Bu necə başa düşülməlidir?”
Həmçinin oxuyun
Həkim qeyd edib ki, sənədlərində uyğunsuzluq və ya fəaliyyətinə icazənin verilməməsi ilə bağlı ona hər hansı rəsmi bildiriş göndərilməyib: “Biz heç gözləmirdik ki, bu məsələdə bizimlə bağlı problem yaransın”.
Qeyd edək ki, D. Məhərrəmovun həyat yoldaşı Nərgiz Əhmədova da plastik cərrahdır və sözügedən siyahıda onun da adı yoxdur.
Xatırladaq ki, Xüsusi Təftiş Komissiyasının açıqladığı siyahıda 42 plastik cərrahın adı yer almışdı. Qeyd olunurdu ki, Azərbaycan ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən həkim-mütəxəssislərin siyahısında adları olmayan cərrahlar Tibb Universitetində aldıqları baza təhsilinə, yaxud rezidentura təhsilinə uyğun ixtisas üzrə işləyə bilərlər.
Qeyd edək ki,Səhiyyə Nazirliyi siyahıda adı olmayan həkimlərlə bağlı yeni açıqlama yayıb.
17:51 / 15 Dekabr 2025
1
17:37 / 15 Dekabr 2025
161
17:14 / 15 Dekabr 2025
35
17:08 / 15 Dekabr 2025
40
16:59 / 15 Dekabr 2025
86
16:49 / 15 Dekabr 2025
365
16:40 / 15 Dekabr 2025
81
16:26 / 15 Dekabr 2025
93
16:16 / 15 Dekabr 2025
71
15:55 / 15 Dekabr 2025
145
15:45 / 15 Dekabr 2025
415
15:20 / 15 Dekabr 2025
568
15:17 / 15 Dekabr 2025
97
15:00 / 15 Dekabr 2025
480
14:53 / 15 Dekabr 2025
1736
14:48 / 15 Dekabr 2025
74
14:39 / 15 Dekabr 2025
82
14:19 / 15 Dekabr 2025
530
14:13 / 15 Dekabr 2025
274
14:11 / 15 Dekabr 2025
82
13:00 / 15 Dekabr 2025
800
12:42 / 15 Dekabr 2025
1208
12:36 / 15 Dekabr 2025
75
11:45 / 15 Dekabr 2025
139
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.