İnsanlar 100 yaşdan sonra niyə xərçəngə daha az tutulur? - Alimlər gözlənilməz cavab
22 Avqust 2026, 00:41
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
388
17.04.2025, 10:05
Bədənimizdəki kiçik dəyişikliklər böyük sağlamlıq problemlərinin əlaməti ola bilər.
Oxu24.com xəbər verir ki, bəzən bədənimizdə baş verən dəyişikliklər ilk baxışda adi görünsə də, əslində sağlamlığımızla bağlı ciddi mesajlar verir. Bu dəyişiklikləri vaxtında hiss etmək və düzgün diaqnoz qoya bilmək bəzən fərqində olmadığımız xəstəlikləri erkən mərhələdə aşkar etməyə kömək edə bilər.
Mütəxəssislər bildirirlər ki, gün ərzində tez-tez yatmaq istəyi, ya da səbəbsiz yerə çox su içmək istəyi kimi hallar göründüyü qədər zərərsiz olmaya bilər. Məsələn, duzlu yeməklərə olan həddindən artıq istək bədəndə mineral və vitamin çatışmazlığının və ya başqa bir problemin əlaməti ola bilər.
Dəridə qalınlaşma, qaşınma, qabıqlanma və ya qızartılar isə bəzən hormonal pozğunluqların, ekzema və ya allergiyanın xəbərçisi ola bilər. Belə hallar davamlı olarsa, qan analizi vermək tövsiyə olunur.
Yuxusuzluq və ya gündüz saatlarında qəfil yuxuya getmə halları "hipersomniya" deyilən vəziyyətlə əlaqəli ola bilər. Gecə normal və uzun müddət yatan bu insanlar, yenə də gün ərzində yuxuya meylli olurlar. Mütəxəssislər bunun sadəcə yorğunluqdan deyil, başqa sağlamlıq problemlərindən qaynaqlana biləcəyini bildirirlər.
45 yaşdan cavan insanlarda göz bəbəyi ətrafında yaranan ağ və ya boz halqa isə yüksək xolesterinin əlaməti ola bilər. Həkimlər bu dəyişikliyin öz-özlüyündə zərərsiz olduğunu, lakin daxili problemin göstəricisi ola biləcəyini qeyd edirlər.
Əsəbi və aqressiv davranışlar da bəzən insanın xarakterindən deyil, depressiya kimi psixoloji pozğunluqlardan qaynaqlana bilər.
Əgər döş nahiyənizdə şişkinlik, bərklik, qızartı, qaşınma və ya dəridə çökəklik hiss edirsinizsə, bu hallar vaxtında müayinə olunmalıdır. Bu simptomlar döş xərçənginin erkən əlamətləri ola bilər və vaxtında diaqnoz həyati əhəmiyyət daşıyır.
Duzlu qidalara qarşı idarəolunmaz istək, dəmir çatışmazlığı, qanazlığı, maye itkisinin və ya menstruasiya öncəsi sindromun göstəricisi ola bilər. Eyni zamanda, davamlı susuzluq hissi də həmişə adi səbəblərlə bağlı olmaya bilər - bu, bəzən şəkərli diabet və ya hamiləliyin ilk əlamətləri ola bilər.
Unutqanlıq, yorğunluq və ümumi halsızlıq da bəzən depressiyanın xəbərçisi ola bilər.
Hər birimiz bədənimizi yaxşı tanımalı və ona qarşı diqqətli olmalıyıq. Çünki o, öz dili ilə bizə çox şey söyləyir.milli.az
00:41 / 22 Avqust 2026
27
00:03 / 22 Avqust 2026
67
23:49 / 21 Avqust 2026
63
23:00 / 21 Avqust 2026
64
22:39 / 21 Avqust 2026
73
22:25 / 21 Avqust 2026
81
22:11 / 21 Avqust 2026
84
21:57 / 21 Avqust 2026
96
21:30 / 21 Avqust 2026
87
20:56 / 21 Avqust 2026
90
20:52 / 21 Avqust 2026
70
20:14 / 21 Avqust 2026
82
19:42 / 21 Avqust 2026
95
19:21 / 21 Avqust 2026
98
19:08 / 21 Avqust 2026
177
18:46 / 21 Avqust 2026
105
18:41 / 21 Avqust 2026
79
18:33 / 21 Avqust 2026
97
18:20 / 21 Avqust 2026
77
18:10 / 21 Avqust 2026
117
17:59 / 21 Avqust 2026
103
17:45 / 21 Avqust 2026
126
17:30 / 21 Avqust 2026
107
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.