Müəllimlərə şad xəbər! - Rəsmi şəxs AÇIQLADI
13 Dekabr 2025, 22:28
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
334
15.04.2025, 19:45
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva aprelin 15-də Bakının Nəsimi rayonunda yerləşən 1 saylı körpələr evində və Nizami rayonundakı 1 saylı uşaq evi sosial xidmət müəssisəsində olublar.
Oxu24.com xəbər verir ki, 1 saylı körpələr evində hazırda 3 yaşadək 63 uşaq var. Birinci vitse-prezident Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mütəmadi surətdə burada olur, körpələrin sağlamlıqları, onların yaşayış şəraiti ilə daim maraqlanır, balacalara xüsusi qayğı ilə yanaşırlar.
Qeyd edək ki, körpələr evinin 1930-cu ildə tikilən binasında Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir və yenidənqurma işləri aparılıb. 2015-ci il mayın 10-da Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın iştirakı ilə körpələr evinin açılışı olub.
Daim nəcib təşəbbüsləri ilə seçilən Heydər Əliyev Fondu valideyn himayəsindən məhrum olan uşaqların fiziki və mənəvi cəhətdən sağlam yetişməsinə, onların savadlı olmasına xüsusi diqqətlə yanaşır. Beləliklə, gələcəyimiz olan uşaqlarla bağlı Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətə mühüm töhfələr verir.
Sonra Birinci vitse-prezident Mehriban Əliyeva və Leyla Əliyeva 1 saylı uşaq evi sosial xidmət müəssisəsində oldular.
Birinci xanım Mehriban Əliyeva və Leyla Əliyeva bu müəssisəni də tez-tez ziyarət edir, bayram günlərində buranın sakinləri ilə görüşür, onları hədiyyələrlə sevindirirlər.
Hazırda 1 saylı uşaq evi sosial xidmət müəssisəsində 3 yaşdan 18 yaşadək 100 uşaq var. Onların təhsil alması, idmanla məşğul olması və sağlamlıqlarının təmin edilməsi üçün burada hər cür şərait yaradılıb.
Həmçinin oxuyun
Müəssisənin sakinləri sevimli qonaqları olan birinci xanım Mehriban Əliyeva və Leyla Əliyevanı həmişə şeir, mahnı və ədəbi proqramla qarşılayıblar. Bu dəfə də istisna olmadı.
Heydər Əliyev Fondu yarandığı gündən bu müəssisəni diqqətdə saxlayır, burada yaşayan yeniyetmələrin ali təhsil müəssisələrində oxuması, onların işlə təmin edilməsi, peşə vərdişlərinin aşkara çıxarılması istiqamətində mühüm işlər görür. Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir olunan bu müəssisənin açılışı 2005-ci ildə Azərbaycanın birinci xanımının iştirakı ilə olub. 2017-ci ildə isə buranın iki sakini ailə həyatı qurub. Onların toyu Heydər Əliyev Fondu tərəfindən təşkil edilib, gənclərə mənzil və avtomobil hədiyyə olunub.
22:45 / 13 Dekabr 2025
71
22:30 / 13 Dekabr 2025
47
22:28 / 13 Dekabr 2025
56
22:22 / 13 Dekabr 2025
51
22:11 / 13 Dekabr 2025
113
21:58 / 13 Dekabr 2025
267
21:34 / 13 Dekabr 2025
746
21:21 / 13 Dekabr 2025
63
21:19 / 13 Dekabr 2025
79
21:15 / 13 Dekabr 2025
60
21:02 / 13 Dekabr 2025
56
20:49 / 13 Dekabr 2025
303
20:44 / 13 Dekabr 2025
70
20:36 / 13 Dekabr 2025
65
20:26 / 13 Dekabr 2025
68
20:01 / 13 Dekabr 2025
256
19:53 / 13 Dekabr 2025
83
19:21 / 13 Dekabr 2025
373
19:16 / 13 Dekabr 2025
111
18:32 / 13 Dekabr 2025
1000
18:12 / 13 Dekabr 2025
167
18:02 / 13 Dekabr 2025
115
17:43 / 13 Dekabr 2025
2046
17:09 / 13 Dekabr 2025
109
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.