Mikayıl Cabbarov Meq O’Nilin ilə GÖRÜŞDÜ
12 May 2026, 15:04
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
396
14.07.2024, 16:09
Xəbər verdiyimiz kimi, I və IV ixtisas qrupları (o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə qəbul imtahanı keçirilib.
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, imtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Ağstafa, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Masallı və Xaçmazda təşkil olunub.
İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, iştirakçılara öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
İlkin məlumatlara əsasən, 3 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub. Üzərində mobil telefon tutulduğu üçün imtahandan xaric olunanların müsabiqə nəticələri ləğv olunur və onlar ixtisas seçiminə buraxılmırlar.
İmtahanda 53 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyent də iştirak edib. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb.
İmtahanda istifadə edilmiş test tapşırıqlarının (qapalı və kodlaşdırıla bilən açıq tipli) cavabları imtahandan dərhal sonra Mərkəzin saytına yerləşdirilib. İştirakçılar doğru cavab etalonları ilə buradan tanış ola bilərlər.
İmtahanda iştirak edənlər, həmçinin valideynlər, müəllimlər, ekspertlər test tapşırıqlarının izahının elektron versiyasını (pdf formasında) isə DİM-in internet saytının "Xidmətlər" bölməsində > “E-xidmətlər” > "DİM-in nəşrlərinin elektron versiyalarının satışı" > “Test tapşırıqlarının izahı” xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilərlər. (Xidmətə keçid: //eservices.dim.gov.az/ejurnal/).
İyulun 15-dən etibarən DİM-də imtahan protokolları və materialların emalına başlanılacaq.
İmtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin iki həftədən sonra elan olunması nəzərdə tutulur.
15:15 / 12 May 2026
5
15:04 / 12 May 2026
23
14:55 / 12 May 2026
35
14:50 / 12 May 2026
32
14:44 / 12 May 2026
39
14:38 / 12 May 2026
39
14:35 / 12 May 2026
48
14:25 / 12 May 2026
40
14:23 / 12 May 2026
58
14:21 / 12 May 2026
56
13:49 / 12 May 2026
245
13:48 / 12 May 2026
81
13:34 / 12 May 2026
69
13:11 / 12 May 2026
582
13:02 / 12 May 2026
181
12:56 / 12 May 2026
177
12:49 / 12 May 2026
481
12:47 / 12 May 2026
71
12:43 / 12 May 2026
98
12:40 / 12 May 2026
79
12:31 / 12 May 2026
254
12:25 / 12 May 2026
80
12:20 / 12 May 2026
76
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.