Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda güclü külək nə qədər davam edəcək?

2019-03/1552887350_kulek-guclu.jpg

CƏMİYYƏT

797

18.03.2019, 09:35

\"\"  Bu gün Bakıda güclü külək müşahidə olunur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin  verdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında külək martın 20-də axşam kəsiləcək. Məlumata görə, martın 17-si axşamdan 19-u gündüzədək şimal-qərb küləyinin sürətinin 15-18 m/s, arabir 20-25 m/s olacağı, martın 18-də yarımadanın bəzi yerlərində arabir 28 m/s-dək güclənəcəyi, arabir yağış yağacağı, martın 20-də axşam kəsiləcəyi gözlənilir. Havanın temperaturu 4-7 dərəcə aşağı enəcək.   Azərbaycanın rayonlarında isə martın  20-si axşamadək arabir yağış, dağlıq və bəzi dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.