Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
11002
az

Hava ilə bağlı əhaliyə XƏBƏRDARLIQ EDİLDİ

09:3417 Mart, 2019
1055
CƏMİYYƏT
  • A

 
Bu gün Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi gündüzdən başlayaraq arabir güclənəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, havanın temperaturu gecə 5-8° isti, gündüz 11-15° isti, Bakıda gecə 6-8° isti, gündüz 13-15° isti təşkil edəcək. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 % , gündüz 50-55% olacaq.

Nazirlik xəbərdarlıq edir ki, martın 17-si axşamdan 19-u axşamadək Bakıda və Abşeronyarımadasında şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, 18-də yarımadanın bəzi yerlərində arabir 28-30 m/s-dək güclənəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi, 20-si gündüz tədricən kəsiləcəyi gözlənilir. Havanın temperaturu 4-7° aşağı enəcək.

Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-8° isti, gündüz 14-19° isti, dağlarda gecə 0-4° isti, gündüz 4-8° isti təşkil edəcək.

Sinoptiklər xəbərdarlıq edir ki, martın 17-si gündüz qərb rayonlarından başlayaraq 20-si axşamadək arabir yağış, dağlıq və bəzi dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi 17-19-da arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Havanın temperaturu 5-8° aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur. 
Oxu24.com

ŞƏRHLƏR