Sənədsiz evdə yaşayanlara VACİB XƏBƏR:Qeydiyyata düşmək üçün...
11 Avqust 2026, 10:31
Qaynar xətt:
(+99450) 247 90 86
AKTUAL
27961
29.09.2025, 15:16
Bəzən yol gedərkən hər hansı bir əşya tapırıq.Bu əşya qiymətli,yaxud sadə bir əşya ola bilər. Bəs,əşya tapan şəxs hansı addım atmalıdır?Bunu özünə götürməlidir,yaxud sahibinə qaytarmalıdır?Bu dəfə bu suallar ətrafında araşdırma apardıq.
Mövzu ilə bağlı Oxu24.com -a danışan vəkil Şəms Mirzəyeva bildirib ki, Qanunverciliyin tələblərinə uyğun olaraq hər hansı bir əşyanı tapan şəxs ilk növbədə polis əməkdaşlarına və əşyanın sahibinə, mülkiyyətçiyə məlumat verməlidir. Sonuncu hal mülkiyyətçinin məlum olduğu zaman atılan addımdır. Yəni,əşyanı tapan şəxs onun kimə məxsus olduğunu bilirsə,mütləq sahibinə məlumat verməlidir.
Fotoda vəkil Şəms Mirzəyeva
Bəs,mülkiyyətçi məlum olmadıqda tapılan əşyanın taleyi necə həll olur?
Mövu ilə bağlı danışan vəkil Şəms Mirzəyeva bildirib ki, əşyanı tapan şəxs onun kimə məxsus olduğunu bilmirsə,bu zaman əşyanın tapılmasından 1 il keçdikdən sonra onu tapan şəxs mülkiyyət hüququ əldə edir. 1 il müddəti keçdikdən sonra əşyanı tapan şəxs onun üzərində mülkiyyət hüququ əldə etdikdən sonra,əşyanın əvvəlki,əsl sahibi həmin əşya üzərindəki mülkiyyət hüququnu itirir.
Əşyanı tapan şəxs sahibindən pul istəyə bilərmi?
Sual ətrafında danışan vəkil Şəms Mirzəyeva qeyd edib ki, bu hal qanunda mövcuddur.
Əşyanı tapan şəxs həmin əşyanın dəyərinin 5 faizinə qədər miqdarda əşyanın sahibindən bəxşiş tələb edə bilər. Həmçinin,əşyanın saxlanması üçün xərc çəkilmişdirsə,mövcud xərcləri də əşyanın sahibindən istəyə bilər.
Əgər,əşyanı tapan şəxs həmin vaxt əşyanı gizlətmişdisə,bu zaman bəxşiş tələb etmək hüququ yoxdur.
Tapılan əşyadan imtina edilərsə,bu məsələ necə həll olunur?
Vəkilin sözlərinə görə,əşyanı tapan şəxs ondan imtina edərsə,tapılan əşya müvafiq dövlət orqanları tərəfində auksionda satılır və fayda götürülür.Əgər,əşyanın qiyməti azdırsa,bu halda tapılan əşya pulsuz özgəninkiləşdirilir,yaxud məhv edilir.Əgər,tapılan əşya tez xarab olandırsa,yaxud, canlıdırsa,onu saxlamaq maliyyə tələb edirsə,bu halda 1 il müddəti gözlənilmir.Tapılan əşya özgəninkiləşdirilir və əldə olunan gəlir mülkiyyətçiyə qaytarılır.
Daha çox hüquqi sahədə məlumat əldə etmək üçün sizə digər faydalı linkləri də təklif edirik:
Bunu edənlər ölkədən çıxa bilməyəcək - Hüquqşünas AÇIQLADI
Hazırladı: Miri Məcidli
18:52 / 11 Oktyabr 2026
77
18:46 / 11 Oktyabr 2026
14
18:37 / 11 Oktyabr 2026
32
18:13 / 11 Oktyabr 2026
52
18:08 / 11 Oktyabr 2026
53
17:57 / 11 Oktyabr 2026
62
17:52 / 11 Oktyabr 2026
95
17:40 / 11 Oktyabr 2026
59
17:28 / 11 Oktyabr 2026
59
17:24 / 11 Oktyabr 2026
99
17:10 / 11 Oktyabr 2026
94
16:55 / 11 Oktyabr 2026
147
16:46 / 11 Oktyabr 2026
81
16:25 / 11 Oktyabr 2026
68
15:55 / 11 Oktyabr 2026
87
15:22 / 11 Oktyabr 2026
83
15:03 / 11 Oktyabr 2026
453
14:50 / 11 Oktyabr 2026
210
14:41 / 11 Oktyabr 2026
106
14:35 / 11 Oktyabr 2026
393
14:34 / 11 Oktyabr 2026
107
14:25 / 11 Oktyabr 2026
1060
14:19 / 11 Oktyabr 2026
143
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.