Mikayıl Cabbarovdan AÇIQLAMA:18 faizə qədər artıb
16 Noyabr 2026, 13:22
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
62
16.11.2026, 13:10
Dövlət qulluqçusunun 3 (üç) dəfədən artıq rotasiya olunmasına yol verilməyəcək.
Oxu24.com -un xəbərinə görə, bu, Prezident İlham Əliyevin təbiqi barədə Fərman imzaladığı Dövlət Qulluğu Məcəlləsində əksini tapıb.
Məcəlləyə əsasən, dövlət orqanlarının kadr potensialından düzgün istifadə edilməsi, inkişafının təmin edilməsi, dövlət qulluqçularının peşəkarlıq səviyyəsinin yüksəldilməsi, şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, korrupsiya hüquqpozmalarına şərait yarada bilən davamlı münasibətlərin yaranma ehtimalının və dövlət qulluğunda maraqlar toqquşmasının qarşısının alınması, həmçinin dövlət orqanında formalaşmış mütərəqqi təcrübənin geniş yayılması məqsədilə 1-5-ci kateqoriya dövlət orqanlarında inzibati vəzifə tutan dövlət qulluqçularının rotasiyası həyata keçiriləcək.
Dövlət qulluqçuları rotasiya qaydasında başqa vəzifəyə təyin edilərkən onların qulluq keçdiyi inzibati vəzifənin təsnifatı, ixtisası, xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticəsi, qulluq stajı, habelə yaşı, ailə və sağlamlıq vəziyyəti nəzərə alınacaq. Müvafiq inzibati vəzifədə 5 (beş) ildən az qulluq keçən dövlət qulluqçuları rotasiya olunmur. Dövlət qulluqçusunun 3 dəfədən artıq rotasiya olunmasına yol verilməyəcək. 1-5-ci kateqoriya dövlət orqanlarında inzibati vəzifə tutan dövlət qulluqçularının rotasiyası qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediliəcək.
Qeyd edək ki, hazırda “Dövlət qulluqçusunun rotasiyası Qaydası”na görə, rotasiya vəzifələrinə azı 3 dəfə (ümumilikdə 15 ildən az olmayaraq) rotasiya olunan şəxslər onların razılığı əsasında rotasiya olunurlar.
13:22 / 16 Noyabr 2026
1
13:16 / 16 Noyabr 2026
32
13:06 / 16 Noyabr 2026
42
13:03 / 16 Noyabr 2026
48
13:01 / 16 Noyabr 2026
50
12:49 / 16 Noyabr 2026
69
12:44 / 16 Noyabr 2026
513
12:42 / 16 Noyabr 2026
87
12:36 / 16 Noyabr 2026
97
12:32 / 16 Noyabr 2026
84
12:27 / 16 Noyabr 2026
169
12:18 / 16 Noyabr 2026
456
12:16 / 16 Noyabr 2026
90
12:12 / 16 Noyabr 2026
102
12:08 / 16 Noyabr 2026
109
12:04 / 16 Noyabr 2026
593
12:03 / 16 Noyabr 2026
84
11:58 / 16 Noyabr 2026
91
11:51 / 16 Noyabr 2026
138
11:44 / 16 Noyabr 2026
109
11:40 / 16 Noyabr 2026
95
11:33 / 16 Noyabr 2026
95
11:26 / 16 Noyabr 2026
121
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.