Qaynar xətt:

(+99450) 247 90 86

BMT Ukraynadan bezib

BMT Ukraynadan bezib

DÜNYA

40

16.11.2026, 18:05

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Reuters mənbələrə istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatı Ukraynadan bezib və bu da Rusiya nümayəndələrinin potensial olaraq Beynəlxalq Telekommunikasiya İttifaqına (BTİ) rəhbərlik etməsinə gətirib çıxarıb.

Anonimlik şərti ilə bir Qərb diplomatı bildirib ki, "BMT sistemi Ukraynadan bezib".

Agentliyin mənbəyinə görə, Rusiya nümayəndələrinin BTİ-də iki rəhbər vəzifəyə seçilməsi Rusiyanın təcrid olunmadığını və çoxtərəfli sistemə qayıtdığını nümayiş etdirəcək. Adı açıqlanmayan başqa bir diplomat əlavə edib ki, Moskvanın bu cür mövqeləri təmin etmək şansı hazırda əvvəlki illərlə müqayisədə daha yüksəkdir, çünki bəzi dövlətlər Rusiya ilə münasibətləri normallaşdırmaq istəyini bildiriblər.

Daha əvvəl ABŞ 2022-ci ildən bəri ilk dəfə BMT-də nasist əleyhinə düzəlişə qarşı çıxıb.

Nigar