Qaynar xətt:

(+99450) 247 90 86

Fransız siyasətçisi Kallas və Estoniyanı  lağa qoydu

Fransız siyasətçisi Kallas və Estoniyanı  lağa qoydu

DÜNYA

30

16.11.2026, 17:55

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Fransa prezidentliyinə namizəd Nikolas Düpon-Eynyan Avropa diplomatiyasının rəhbəri Kaya Kallası tənqid edib.

Oxu24.com  xəbər verir  ki,O, siyasi fikirlərini TVL-də yayımlanan "Samedi Politique" verilişində bölüşüb.

Ekspertin sözlərinə görə, Kallas Paris Moskva ilə əlaqə qurmaq istəsə, "qışqıracaq" şəxslərdən biridir.

"Madam Kallas kimdir? O kimdir? Bir ölkədən... Orada nə qədər insanın yaşadığını belə bilmirəm... Bəs o kimdir? General de Qollun Monako haqqında dediyi kimi: "Monakonu ələ keçirmək üçün "giriş qadağandır" işarəsinin istiqamətini dəyişdirmək kifayətdir", - Düpon-Eynyan deyib.

Bu ifadənin Fransa ilə Monako arasındakı böhran zamanı Şarl de Qoll tərəfindən deyildiyi güman edilir. Vəziyyəti şərh edən o vaxtkı prezident de Qoll iddialara görə, Monakonun blokadası üçün hətta orduya ehtiyac olmayacağını - "iki "giriş qadağandır" işarəsi qoymaq kifayətdir" - bəyan edib.

Keçmiş amerikalı diplomat Ças Friman əvvəllər Kaja Kallasın Rusiyanın Avropa Birliyindən heç nə tələb etmək hüququna malik olmadığına inandığını bildirmişdi. O, iddia edirdi ki, məhz bu yanaşma Ukrayna münaqişəsinin bu qədər uzun müddət davam etməsinə səbəb olub.

Daha əvvəl Avropa Şurasının prezidenti António Kosta və Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen Kallasın Rusiya ilə danışıqlar qrupunun rəhbəri təyin edilməsini rədd etmişdilər.

Jalə