Sənədsiz evdə yaşayanlara VACİB XƏBƏR:Qeydiyyata düşmək üçün...
11 Avqust 2026, 10:31
Qaynar xətt:
(+99450) 247 90 86
AKTUAL
40652
17.09.2025, 13:55
Perinatal Mərkəzdə 7 körpənin öldüyü yanğınla bağlı təqsirləndirilən sabiq direktor Mehriban Abasquliyevanın ötən gün baş tutan məhkəmə prosesində məlum olub ki, ittiham olunan şəxs bu dövrdə ölkəni 2 dəfə tərk edib.
Təqsirləndirilən Mehriban Abasquliyeva barəsində “polis nəzarəti altına vermə” qətimkan tədbiri olsa da, o, məhkəmə dövründə iki dəfə ölkə xaricində olub və bununla bağlı nə polisə, nə də məhkəməyə məlumat verib.

Mehriban Abasquliyevanın vəkili bildirib ki, müvəlkilinin xarici ölkəyə çıxışında məhdudiyyət yoxdur.
Maraqlıdır, polis nəzarəti ola-ola Mehriban xanım ölkəni necə tərk edib? Ümumiyyətlə, qanunvericilikdə bu məsələ necə tənzimlənir?
Oxu24.com bununla bağlı araşdırma aparıb.
“Polis nəzarəti altına vermə” qətimkan tədbiri nədir?
Mövzu ilə bağlı Oxu24.com-a danışan hüquqşünas Ellada Bayramova bildirib ki,Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 157-ci maddəsinə görə, “polis nəzarəti altına vermə” qətimkan tədbiri odur ki, təqsirləndirilən şəxs müəyyən davranış qaydalarına riayət etməlidir.
Bunlara aşağıdakılar daxil ola bilər:
yaşayış yerini və ya qeydiyyat ünvanını dəyişdikdə polisə məlumat vermək;
istintaq və ya məhkəmə orqanlarının çağırışına gəlmək;
müəyyən ərazi hüdudlarını tərk etməmək;
müəyyən şəxslərlə ünsiyyətdə olmamaq və s.
Hüquqşünasın sözlərinə görə,barəsində qərar çıxarılmış şəxsin bu öhdəlikləri yerinə yetirməsi məcburidir.Əks halda məsuliyyət daşıyır.
Bəs,bu qaydaları pozan şəxsi hansı cəza gözləyir?
Ellada Bayramovanın sözlərinə görə,şəxs bu qaydaları pozarsa, CPM-in 170-ci maddəsinə əsasən, qətimkan tədbiri dəyişdirilərək daha sərt tədbir – məsələn, həbs – seçilə bilər.
Barəsində “Polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilən şəxs xarici ölkəyə gedə bilərmi?
Mövzu ilə bağlı danışan hüquqşünas Ellada Bayramova bildirib ki, xaricə çıxış məsələsi tənzimlənməsi CPM-də ayrıca “ölkədən çıxışa qadağa” yalnız qətimkan tədbiri kimi ayrıca seçilir.
"Məsələn, “başqa yerə getməmək haqqında iltizam”. Bu tədbir seçilərsə, şəxs ölkəni tərk edə bilməz. Amma yalnız “polis nəzarəti altına vermə” tətbiq ediləndə, məhkəmə və ya istintaq qərarında “ölkədən çıxmaq qadağandır” bəndi açıq şəkildə göstərilməlidir. Əks halda, şəxsin xaricə getməsi texniki olaraq mümkündür.
Əgər məhkəmə qərarında və ya prokurorluğun təqdimatında xaricə çıxışın məhdudlaşdırılması ayrıca göstərilməyibsə, o zaman sərhəd-keçid orqanlarının (Dövlət Miqrasiya Xidməti, Dövlət Sərhəd Xidməti) hüquqi əsası olmur ki, şəxsi saxlasın.
“Polis nəzarəti” altında olan şəxs məhkəməyə və polisə hər bir mühüm hərəkəti barədə məlumat verməlidir. Xaricə səfər isə açıq şəkildə bu kateqoriyaya daxildir. Deməli, Mehriban Abasquliyeva formal olaraq ölkəni tərk edə bilərdi, amma polisə və məhkəməyə məlumat verməməsi qayda pozuntusudur.
Bu halda: ya məhkəmə qətimkan tədbirini dəyişib sərtləşdirməli idi; ya da polis nəzarətini səmərəli həyata keçirməmiş olub.
Ölkədən çıxış hüququ avtomatik məhdudlaşdırılmır – məhkəmə ayrıca qadağa qoymalıdır. Amma “polis nəzarəti” altında olan şəxs belə səfərləri mütləq xəbər verməlidir.
Bu xəbərdarlığı etməmək qanun pozuntusudur və qətimkan tədbirinin sərtləşdirilməsinə səbəb ola bilər. Burada həm şəxsin öhdəlik pozuntusu, həm də nəzarət orqanlarının məsuliyyətsizliyi var",-deyə hüquqşünas Ellada Bayramova qeyd edib.
Hazırladı: Miri Məcidli
12:48 / 15 Oktyabr 2026
1
12:45 / 15 Oktyabr 2026
6
12:31 / 15 Oktyabr 2026
31
12:28 / 15 Oktyabr 2026
43
12:19 / 15 Oktyabr 2026
61
12:16 / 15 Oktyabr 2026
587
12:14 / 15 Oktyabr 2026
44
12:10 / 15 Oktyabr 2026
51
12:08 / 15 Oktyabr 2026
51
12:01 / 15 Oktyabr 2026
87
11:57 / 15 Oktyabr 2026
49
11:55 / 15 Oktyabr 2026
49
11:46 / 15 Oktyabr 2026
66
11:40 / 15 Oktyabr 2026
69
11:29 / 15 Oktyabr 2026
548
11:25 / 15 Oktyabr 2026
92
11:16 / 15 Oktyabr 2026
79
11:14 / 15 Oktyabr 2026
75
11:04 / 15 Oktyabr 2026
106
11:00 / 15 Oktyabr 2026
65
10:57 / 15 Oktyabr 2026
67
10:52 / 15 Oktyabr 2026
83
10:45 / 15 Oktyabr 2026
53
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.