Qaynar xətt:

(+99450) 247 90 86

Rusiyadan Krım körpüsünün vurulmasına reaksiya

Rusiyadan Krım körpüsünün vurulmasına reaksiya

DÜNYA

44

16.11.2026, 17:01

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ukrayna Silahlı Qüvvələrinin Krım körpüsünə endirdiyi zərbə Kiyev üçün təbliğat vasitəsidir.

Oxu24.com xəbər verir  ki, bu barədə Dövlət Dumasının üzvü Svetlana Jurovanın RTVI-yə verdiyi açıqlamasında bildirib.

O qeyd edib ki, hücum Rusiya prezidenti Vladimir Putinlə onun amerikalı və çinli həmkarları Donald Tramp və Si Cinpin arasında görüşdən əvvəl baş verib.

"Əlbəttə ki, zərbələr danışıqların gedişatına təsir göstərə bilməz, lakin onlar fon yarada bilər; onlar digər şeylər arasında təbliğat vasitəsidir", - deyə parlament üzvü qeyd edib.

O vurğulayıb ki, Kiyev Trampın Putinlə digər məsələlərlə yanaşı, Avropa təhlükəsizlik arxitekturasını AB nümayəndələri olmadan müzakirə edəcəyini başa düşür.

Ukrayna Silahlı Qüvvələri 16 noyabrda Krım körpüsünə zərbə endirib. Medianın məlumatına görə, pilotsuz təyyarənin döyüş başlığı körpünün yarımada tərəfindəki sağ tağına düşüb. Hücumdan sonra Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov körpüyə dəyən ziyanı kiçik hesab edib.

Nigar