Sənədsiz evdə yaşayanlara VACİB XƏBƏR:Qeydiyyata düşmək üçün...
11 Avqust 2026, 10:31
Qaynar xətt:
(+99450) 247 90 86
AKTUAL
5259
24.08.2025, 20:39
Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.
Bu dəfə təqdim etdiyimiz mövzu fahişəliklə məşğul olan şəxsin cərimə olunması ilə bağlıdır.
Fahişəliklə məşğul olan şəxs nə qədər cərimə oluna bilər?
Belə ki, İnzibati Xətalar Məcəlləsinin 524-cü maddəsinə görə,fahişəliklə məşğul olan şəxs inzibati qaydada 100 AZN məbləğində cərimə olunur.
Qeyd olunan cərimə protokol şəklində tərtib edilir və şəxs tərəfindən bank,poçt və digər ödəniş üsulları vasitəsi ilə ödənilir.
Qeyd edək ki,bu maddədə yalnız tək halda müştərilərə intim xidmət göstərən şəxslərə şamil olunur.Başqa bir şəxsin fahişəliyə cəlb edilməsi,onun pul müqabilində intim əlaqəyə cəlb edilməsi daha ağır cinayət hesab olunur.Bu artıq Cinayət Məcəlləsində insan alveri kimi qeyd olunur.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144-1. maddəsinə əsasən İnsan alveri, yəni zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə, hədə-qorxu və ya digər məcburetmə vasitələri ilə, oğurlama, dələduzluq, aldatma yolu ilə, təsir imkanlarından və ya zəiflik vəziyyətindən sui-istifadə etməklə, yaxud digər şəxsə nəzarət edən şəxsin razılığının alınması üçün maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər verməklə və ya almaqla, şəxsin istismar edilməsi məqsədi iləcəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsi beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Eyni əməllər:
144-1.2.1. İki və ya daha çox şəxs barəsində törədildikdə;
144-1.2.3. yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə;
144-1.2.4. təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadın barəsində törədildikdə;
144-1.2.4-1. insan alveri qurbanını Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə törədildikdə;
144-1.2.5. qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə;
144-1.2.6. təqsirkar şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə;
144-1.2.7. həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə və ya belə zor tətbiq etmək hədəsi ilə törədildikdə;
144-1.2.8. zərərçəkmiş şəxsə işgəncə verməklə və ya onunla qəddar, qeyri-insani, yaxud onun ləyaqətini alçaldan rəftar etməklə törədildikdə;
144-1.2.9. zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədilə törədildikdə -
səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
144-1.3. Bu məcəllənin 144-1.1 və 144-1.2-ci maddələrində göstərilən əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd edək ki, Azərbaycan Respublikasının “İnsan alverinə qarşı mübarizə haqqında” 28 iyun 2005-ci il tarixli 958-IIQ nömrəli Qanununun 8-ci maddəsinə əsasən Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi yaradılıb.
Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi insan alveri qurbanlarının müəyyən edilməsi və müdafiə edilməsi ilə yanaşı, həmçinin insan alveri ilə bağlı cinayətlər üzrə səlahiyyətləri daxilində əməliyyat-axtarış fəaliyyətini və cinayət təqibini həyata keçirir. Baş İdarə birbaşa İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatora tabedir.Daxili işlər nazirinin birinci müavini, polis general-mayoru Seyfulla Əzimov İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatordur.Qeyd olunan idarə kifayət qədər işlər görüb.2024-cü ilin açıqlanan statistikasına görə,həmin ildə insan alveri üzrə 161 cinayət faktı qeydə alınıb.
Məlumat üçün qeyd edək ki, bu kimi hallarla rastlaşan şəxslər (+99412) 590-20-49 şəhər nömrəsinə və 152 qaynar xətt nömrəsinə xəbər verə bilərlər.
Miri Məcidli
23:58 / 11 Avqust 2026
46
23:52 / 11 Avqust 2026
49
23:50 / 11 Avqust 2026
38
23:23 / 11 Avqust 2026
159
23:21 / 11 Avqust 2026
60
23:16 / 11 Avqust 2026
61
23:06 / 11 Avqust 2026
60
22:55 / 11 Avqust 2026
296
22:52 / 11 Avqust 2026
54
22:47 / 11 Avqust 2026
66
22:41 / 11 Avqust 2026
133
22:39 / 11 Avqust 2026
62
22:35 / 11 Avqust 2026
208
22:28 / 11 Avqust 2026
100
22:02 / 11 Avqust 2026
280
21:57 / 11 Avqust 2026
62
21:39 / 11 Avqust 2026
105
21:26 / 11 Avqust 2026
280
21:23 / 11 Avqust 2026
66
21:11 / 11 Avqust 2026
394
21:05 / 11 Avqust 2026
55
20:54 / 11 Avqust 2026
407
20:49 / 11 Avqust 2026
227
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.