Nəsimi Musayevdən XƏBƏR VAR
16 Noyabr 2026, 13:41
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
35
16.11.2026, 14:24
ABŞ-ın Yel Universitetinin epidemioloqu Kolin Karlson 2026–2027-ci illərdə gözlənilən El Nino iqlim hadisəsinin dünya miqyasında ciddi insan tələfatına səbəb ola biləcəyini bildirib. Alim hesab edir ki, bu hadisənin nəticələri 2009-cu ildə təxminən 284 min insanın həyatına son qoyan donuz qripi pandemiyasından daha ağır ola bilər.
Oxu24.com xəbər verir ki, bu barədə "The Telegraph" nəşrinə istinadən "Onedio" məlumat yayıb.
Kolin Karlson Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) El Nino hadisəsini beynəlxalq əhəmiyyətli ictimai səhiyyə fövqəladə vəziyyəti kimi elan etməyə çağırıb. Onun fikrincə, qarşıdakı dövrdə həddindən artıq istilər və yoluxucu xəstəliklərin yayılması qlobal sağlamlıq böhranına çevrilə bilər.
Karlson və İndiana Universitetinin iqlimşünası Kristofer Kallaxan "Think Global Health" jurnalında dərc etdikləri məqalədə təhlükənin miqyasına diqqət çəkiblər. Onların qənaətinə görə, istilərlə yanaşı, denge qızdırması, vəba və digər yoluxucu xəstəliklərin yayılmasında da artım mümkündür.
İstilik səbəbindən yüz minlərlə ölüm proqnozlaşdırılır
Çikaqo Universitetinin İqlim Təsirləri Laboratoriyasının proqnozlarına əsasən, 2026-cı ilin iyunundan 2027-ci ilin fevralınadək yalnız həddindən artıq istilər nəticəsində 451 min insan həyatını itirə bilər. Eyni dövrdə ekstremal isti günlərin sayının adi illərlə müqayisədə 44 faiz artacağı gözlənilir.
Proqnozlarda ən ağır vəziyyətin Afrikanın Sahel bölgəsində yaşanacağı bildirilir. Burada istilərlə əlaqəli ölüm hallarının 66 min 800-ə çatacağı ehtimal olunur. Bunun 31 min 400-nün Nigeriyada, 17 min 500-nün Sudanda, 10 mininin Nigerdə, 8 mininin isə Çadda qeydə alına biləcəyi proqnozlaşdırılır.
Digər ölkələr üzrə də yüksək göstəricilər gözlənilir. İndoneziyada 19 min 300, Hindistanda 15 min 800, Braziliyada isə 13 min 300 nəfərin istilərin təsirindən həyatını itirə biləcəyi bildirilir.
Laboratoriyanın oktyabrda istifadəyə verdiyi monitorinq alətində isə daha geniş dövr üzrə hesablamalar yer alıb. Həmin proqnoza əsasən, El Nino ilə əlaqəli istilər nəticəsində ümumi ölüm sayı 857 minə yaxınlaşa bilər.
İqlim dəyişikliyinin təsiri 2027-ci ildə də davam edəcək
Dünya Meteorologiya Təşkilatının (DMT) hesabatında son dörd ilin müşahidələr tarixinin ən isti dövrləri olduğu qeyd edilib. Təşkilat El Nino hadisəsinin 2027-ci ilin böyük hissəsində temperaturun yüksəlməsinə və ekstremal hava şəraitinin güclənməsinə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.
BMT-nin İqlim üzrə rəhbəri Simon Stiell də super El Nino ilə güclənən iqlim böhranını pandemiya miqyasında qlobal sağlamlıq problemi kimi xarakterizə edib.
Qeyd edək ki, El Nino Sakit okeanın ekvatorial hissəsində okean səthinin temperaturunun normadan artıq yüksəlməsi ilə müşayiət olunan təbii iqlim hadisəsidir. Bu proses dünyanın müxtəlif bölgələrində istilik dalğalarına, quraqlığa, güclü yağışlara və digər ekstremal hava hadisələrinə təsir göstərə bilər.
14:30 / 16 Noyabr 2026
4
14:19 / 16 Noyabr 2026
53
14:14 / 16 Noyabr 2026
48
14:10 / 16 Noyabr 2026
52
14:05 / 16 Noyabr 2026
58
14:00 / 16 Noyabr 2026
53
13:51 / 16 Noyabr 2026
110
13:47 / 16 Noyabr 2026
323
13:41 / 16 Noyabr 2026
95
13:40 / 16 Noyabr 2026
80
13:38 / 16 Noyabr 2026
161
13:35 / 16 Noyabr 2026
82
13:22 / 16 Noyabr 2026
97
13:16 / 16 Noyabr 2026
360
13:10 / 16 Noyabr 2026
119
13:06 / 16 Noyabr 2026
81
13:03 / 16 Noyabr 2026
88
13:01 / 16 Noyabr 2026
89
12:49 / 16 Noyabr 2026
92
12:44 / 16 Noyabr 2026
941
12:42 / 16 Noyabr 2026
109
12:36 / 16 Noyabr 2026
133
12:32 / 16 Noyabr 2026
109
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.