Deputat turisti zorladı
07 Fevral 2025, 19:06
Qaynar xətt:
(+99450) 247 90 86
ŞƏRHSİZ
5555
24.10.2021, 10:18
Seksoloqların fikirlərinə görə qadınlar kişilərə nisbətən daha çox müddətdə sekslə məşğul olmadan qala bilirlər. Bu onların fizianomiyasından asılıdır. Qadınlar 2 ay müddətində asanlıqla seksdən uzaq qala bilirlər. Düzdür, bu deylənlər hər orqanizmə şamil edilmir, çünki hər kəsin fizioloji quruluşu fərqlidir.
Oxu24.com xəbər verir ki, Uzun müddət cinsi əlaqədən ən çox cinsi həvəsləri az olanlar, əvvəllər sekslə məşğul olmayanlar, cinsi əlaqədən zövq almayanlar, elmlə məşğul olanlar uzaq qala bilirlər. Bu özü də insan orqanizminə fəsadsız ötüşmür. Belə ki, uzun müddət cinsi əlaqədən uzaq duran qadınlar emosional və əsəbi, kişilər isə əsəbi, kinli və qəzəbli olurlar. Bu əlamətlər isə davamlı cinsi həyat keçirən insanlarda özünü biruzə vermir.
Mütəxəssislər uzun müddət sekslə məşğul olmayan adamlarda psixoloji problemlərin əmələ gəlməməsi üçün onların idmanla məşğul olmalarını məsləhət bilir. İdmanla məşğul olmaq insanın fikrini yayındırır və seksdən uzaq qaldığına görə əsəbilik əlamətlərinin meydana çıxmasının qarşısını alır.
Davamlı olaraq sekslə məşğul olmağın insan orqanizmi üçün faydası vardır. Amma mütəxəssislər bu cür cinsi əlaqənin müəyyən yaş dövründə və müəyyən müddətdə faydalı olduğunu qeyd edirlər. Onlar sakit cinsi münasibətlərin yaddaşın və ürək əzələsinin möhkəmlənməsinə səbəb olduğunu qeyd edirlər.
Alman seksoloqlarının son illərdəki araşdırmaları tez-tez və güclü sekslə məşğul olmağın orqanizm üçün zərərli olduğunu sübut edib. Mütəxəssislər 10 il davamlı və güclü sekslə məşğul olanlarda orqanizm yaşlandığı zaman təzyiq və miqren xəstəliklərinin meydana çıxdığını deyirlər.
Mütəxəssislər vaxtından əvvəl sekslə məşğul olmağa başlamağın da orqanizm üçün zərərli olduğunu müəyyən ediblər. Hər insanın gözünün rəngi kimi seksə olan həvəsi də müxtəlifdir. Belə ki, biri üçün xoş sayılan hansısa bir vərdişin digərinə faydalı olduğu söylənilə bilməz. Sekslə məşğul olmaq qadın və kişinin əhval-ruhiyyəsinə birbaşa təsir edir. Hər bir insan qarşı cinsin nümayəndəsi tərəfindən sevilməyi arzulayır. Əgər insanın seksə olan təlabatı ödənmədikdə iş və ya idmanla özünü məşğul edirsə, o zaman onun psixoloji problemləri olmur. Yox əgər intim həyatının normada olmadığını düşünərək insan özünə qapanarsa, o zaman psixoloji problemlər yarana bilər.
17:22 / 09 Noyabr 2026
1
17:14 / 09 Noyabr 2026
35
16:56 / 09 Noyabr 2026
206
16:53 / 09 Noyabr 2026
164
16:43 / 09 Noyabr 2026
91
16:37 / 09 Noyabr 2026
100
16:32 / 09 Noyabr 2026
73
16:28 / 09 Noyabr 2026
78
16:25 / 09 Noyabr 2026
187
16:23 / 09 Noyabr 2026
106
16:19 / 09 Noyabr 2026
121
16:06 / 09 Noyabr 2026
267
15:54 / 09 Noyabr 2026
703
15:49 / 09 Noyabr 2026
91
15:47 / 09 Noyabr 2026
223
15:45 / 09 Noyabr 2026
330
15:40 / 09 Noyabr 2026
1785
15:34 / 09 Noyabr 2026
87
15:23 / 09 Noyabr 2026
116
15:13 / 09 Noyabr 2026
132
15:05 / 09 Noyabr 2026
739
15:00 / 09 Noyabr 2026
145
14:58 / 09 Noyabr 2026
109
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.