Azərbaycan WUF13-ün yekunlarını Niderlandda təqdim edib
27 May 2026, 16:41
Qaynar xətt:
(+99450) 247 90 86
TƏHSİL
510
17.05.2026, 13:26
Özbəkistan davamlı inkişafa, həyat keyfiyyətinin yüksəldilməsinə və müasir şəhərsalma modellərinin tətbiqinə diqqət yetirərək urbanizasiya sahəsində irimiqyaslı islahatların həyata keçirilməsini davam etdirir.
Oxu24.com xəbər verir ki, bu barədə Özbəkistanın Urbanizasiya və Mənzil Bazarı üzrə Milli Komitəsinin birinci müavini Orifjon Fayziyev Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində keçirilən nazirlərin dəyirmi masasında çıxışı zamanı bildirib.
O, forumun təşkilinə və Yeni Şəhər Gündəliyinin prinsiplərinin həyata keçirilməsində ölkə təcrübəsini təqdim etmək imkanına görə Azərbaycana təşəkkür edib.
Fayziyev vurğulayıb ki, əhalisi 38 milyon nəfəri keçən və artmağa davam edən Özbəkistan üçün urbanizasiya strateji əhəmiyyət kəsb edir.
O qeyd edib ki, 2040-cı ilə qədər ölkə əhalisinin sayı 50 milyon nəfərə çata bilər, bu da şəhərlərin inkişafına sistemli yanaşma zərurətini artırır.
"Biz urbanizasiyaya kortəbii bir proses kimi deyil, iqtisadiyyatın modernləşdirilməsi və həyat keyfiyyətinin yüksəldilməsi aləti kimi baxırıq", - o bildirib.
Fayziyevin sözlərinə görə, son 9 ildə ölkədə irimiqyaslı islahatlar aparılıb: tikinti bazarının həcmi 10 milyard dollardan 25 milyard dollara qədər artıb, 210 milyon kvadratmetr yaşayış sahəsi tikilib və 647 min mənzil istifadəyə verilib.
"Bu gün əsas meyar mənzillərin sayı deyil, vətəndaşların həyat keyfiyyətidir", - o əlavə edib.
18:42 / 11 Noyabr 2026
16
18:39 / 11 Noyabr 2026
64
18:35 / 11 Noyabr 2026
65
18:30 / 11 Noyabr 2026
100
18:29 / 11 Noyabr 2026
96
18:23 / 11 Noyabr 2026
87
18:17 / 11 Noyabr 2026
133
18:13 / 11 Noyabr 2026
100
18:06 / 11 Noyabr 2026
465
18:01 / 11 Noyabr 2026
89
17:42 / 11 Noyabr 2026
220
17:40 / 11 Noyabr 2026
155
17:35 / 11 Noyabr 2026
254
17:16 / 11 Noyabr 2026
96
17:13 / 11 Noyabr 2026
192
17:12 / 11 Noyabr 2026
99
16:35 / 11 Noyabr 2026
113
16:07 / 11 Noyabr 2026
164
16:04 / 11 Noyabr 2026
368
16:01 / 11 Noyabr 2026
126
16:00 / 11 Noyabr 2026
106
15:50 / 11 Noyabr 2026
121
15:50 / 11 Noyabr 2026
132
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.