Qaynar xətt:

(+99450) 247 90 86

Fərhad Qaraşov yenidən sədr seçildi - İdarə Heyətinin üzvləri onlar oldu

Fərhad Qaraşov yenidən sədr seçildi - İdarə Heyətinin üzvləri onlar oldu

CƏMİYYƏT

41

11.11.2026, 15:50

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının növbəti dörd il üçün yeni İdarə Heyəti formalaşdırılıb.

Oxu24.com  xəbər verir ki, Fərhad Qaraşov yenidən İdarə Heyətinin sədri seçilib.

“AZGRANATA” MMC-nin İdarə Heyətinin sədri Böyükağa Mustafayev, “Azərsun” Holdingin Kənd Təsərrüfatı şöbəsinin direktoru Bayram Mavis, “Mars FK LTD” MMM-in direktoru Seymur Cəbrayılov, “Agrofront” şirkətinin direktoru Rüfət Xələfov, “Red Valley” və “Red Paradise” şirkətinin direktoru Rəşad Şirinov, “Azorganik” Kənd Təsərrüfatı İstehsal-İstehlak Kooperativinin təsisçisi Faiq Osmanlı və Sahibkar Fərhad Qaraşov İdarə Heyətinin üzvləri olub.

Sahə iştirakçılarının təcrübəsini bir araya gətirən yeni İdarə Heyəti Azərbaycan narçılığının davamlı inkişafı, istehsalçı və ixracatçıların maraqlarının təmsil olunması, eləcə də yerli məhsulların xarici bazarlarda tanıdılması istiqamətində çalışacaq.