Azərbaycan WUF13-ün yekunlarını Niderlandda təqdim edib
27 May 2026, 16:41
Qaynar xətt:
(+99450) 247 90 86
TƏHSİL
562
17.05.2026, 13:55
WUF13 təcrübə mübadiləsi aparmaq və bəşəriyyətin şəhər gələcəyini birlikdə qurmaq üçün strateji məkandır.
Oxu24.com xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyası (WUF13) çərçivəsində assambleyaların birgə açılışı zamanı çıxışında Mexiko şəhərinin hökumət başçısı Klara Bruqada deyib.
“Bizə məhz belə açıq və inklüziv urban çoxtərəflilik lazımdır, yəni yerli hökumətlərin və şəhərlərin iştirakı ilə formalaşan, sosial, iqtisadi və ekoloji transformasiyaya əsaslanan yeni şəhər baxışı və fəaliyyət modeli", - Bruqada vurğulayıb.
O qeyd edib ki, iqlim böhranını mənzil problemindən və beynəlxalq iqtisadiyyatın artan maliyyələşdirilməsindən ayırmaq olmaz:
“Biz ərazi məsələlərini sosial bərabərsizlikdən ayıra bilmərik. Çünki məhz bu uçurum səviyyəsindəki bərabərsizliklər yoxsulluq və təcrid yaradır.
Bu forumun əsas mövzusu dünyada layiqli mənzildən məhrum olan 3 milyarddan çox insanın ümumi harayını bizə çatdırır.
Layiqli mənzil hüququnun təmin edilməsi şəhər hüququnun reallaşdırılmasına yönəlmiş daha geniş ərazi transformasiyası gündəliyinin əsas sütunudur.
Biz dünyada yaşamaq və təbiətlə münasibət qurmaq üsullarımızda inqilabi dəyişikliklərə ehtiyac duyuruq.
Buna görə də biz qayğıkeş şəhərlər qurmağa çağırırıq. Yəni qadınları, uşaqları, həssas qrupları və tarix boyu unudulmuş, kənarda saxlanılmış insanları qoruyan şəhərlər. Elə şəhərlər quraq ki, insanların dərisinin rəngi, mənşəyi və ya aksenti heç vaxt zəiflərin təcrid olunması üçün bəhanəyə çevrilməsin”.
18:39 / 11 Noyabr 2026
3
18:35 / 11 Noyabr 2026
28
18:30 / 11 Noyabr 2026
76
18:29 / 11 Noyabr 2026
70
18:23 / 11 Noyabr 2026
60
18:17 / 11 Noyabr 2026
116
18:13 / 11 Noyabr 2026
92
18:06 / 11 Noyabr 2026
426
18:01 / 11 Noyabr 2026
73
17:42 / 11 Noyabr 2026
203
17:40 / 11 Noyabr 2026
150
17:35 / 11 Noyabr 2026
221
17:16 / 11 Noyabr 2026
95
17:13 / 11 Noyabr 2026
191
17:12 / 11 Noyabr 2026
98
16:35 / 11 Noyabr 2026
110
16:07 / 11 Noyabr 2026
160
16:04 / 11 Noyabr 2026
359
16:01 / 11 Noyabr 2026
125
16:00 / 11 Noyabr 2026
104
15:50 / 11 Noyabr 2026
121
15:50 / 11 Noyabr 2026
130
15:40 / 11 Noyabr 2026
112
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.