Azərbaycan WUF13-ün yekunlarını Niderlandda təqdim edib
27 May 2026, 16:41
Qaynar xətt:
(+99450) 247 90 86
TƏHSİL
487
17.05.2026, 10:36
Malayziya hökuməti növbəti 10 il ərzində 1 milyon münasib qiymətli mənzil inşa etməyi planlaşdırır.
Oxu24.com xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan Yeni Şəhər Gündəliyi üzrə nazirlər görüşündə çıxış edən Malayziyanın mənzil və yerli idarəetmə naziri, BMT-nin İnsan Məskənləri Proqramının (UN-Habitat) Assambleyasının prezidenti Nga Kor Ming bildirib.
Onun sözlərinə görə, ölkədə əhalinin 75%-dən çoxu şəhərlərdə yaşayır və bu şəhərlər iqtisadiyyatın əsas hərəkətverici qüvvəsidir.
Bununla yanaşı, sürətli urbanizasiya mənzil əlçatanlığı, iqlim riskləri və sosial bərabərsizlik kimi problemlər yaradır.
Nazir qeyd edib ki, Malayziyanın 13-cü inkişaf planı çərçivəsində 10 il ərzində 1 milyon əlverişli və inklüziv mənzilin tikilməsi hədəflənib.
Nga Kor Ming vurğulayıb ki, ölkə yalnız yeni binalar tikmir, eyni zamanda daha ağıllı və ekoloji təmiz şəhərlər qurur.
Onun sözlərinə görə, “Ağıllı Şəhər Çərçivəsi” rəqəmsal texnologiyalar vasitəsilə şəhər və kənd arasındakı fərqi azaltmağa, “Aşağı Karbonlu Şəhər Çərçivəsi” isə iqlim dəyişikliklərinə uyğunlaşmağa xidmət edir.
“Yeni Şəhər Gündəliyi gələcək nəsillərə verdiyimiz vəddir. Malayziya bu vədi yerinə yetirməyə sadiqdir”, – deyə o əlavə edib.
18:42 / 11 Noyabr 2026
76
18:39 / 11 Noyabr 2026
75
18:35 / 11 Noyabr 2026
81
18:30 / 11 Noyabr 2026
106
18:29 / 11 Noyabr 2026
113
18:23 / 11 Noyabr 2026
96
18:17 / 11 Noyabr 2026
137
18:13 / 11 Noyabr 2026
103
18:06 / 11 Noyabr 2026
487
18:01 / 11 Noyabr 2026
92
17:42 / 11 Noyabr 2026
227
17:40 / 11 Noyabr 2026
157
17:35 / 11 Noyabr 2026
262
17:16 / 11 Noyabr 2026
99
17:13 / 11 Noyabr 2026
197
17:12 / 11 Noyabr 2026
101
16:35 / 11 Noyabr 2026
114
16:07 / 11 Noyabr 2026
166
16:04 / 11 Noyabr 2026
385
16:01 / 11 Noyabr 2026
128
16:00 / 11 Noyabr 2026
107
15:50 / 11 Noyabr 2026
123
15:50 / 11 Noyabr 2026
135
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.