Azərbaycan WUF13-ün yekunlarını Niderlandda təqdim edib
27 May 2026, 16:41
Qaynar xətt:
(+99450) 247 90 86
TƏHSİL
473
17.05.2026, 10:23
Qarşıdakı 10 il dayanıqlı şəhər inkişafı sahəsində öhdəliklərin yerinə yetirilməsi baxımından həlledici olacaq.
Oxu24.com xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan Yeni Şəhər Gündəliyi üzrə nazirlər görüşündə çıxış edən BMT Baş katibinin İcra Ofisinin nümayəndəsi, siyasət məsələləri üzrə Baş katib müavini Guy Ryder deyib.
O, 10 il əvvəl qəbul edilmiş Yeni Şəhər Gündəliyinin inklüziv, təhlükəsiz, dayanıqlı və davamlı şəhərlərin qurulması üçün ortaq baxış yaratdığını qeyd edib.
Onun sözlərinə görə, hazırda dünyada hər dörd nəfərdən biri qeyri-formal yaşayış məntəqələrində və ya gecəqondularda yaşayır ki, bu da insanların sağlamlığı, təhlükəsizliyi və imkanları üçün ciddi risklər yaradır.
Guy Ryder bildirib ki, “Gələcək naminə Pakt” çərçivəsində BMT-yə üzv dövlətlər hər kəsin adekvat, təhlükəsiz və münasib qiymətli mənzilə çıxışının təmin olunmasına dair öhdəlik götürüblər.
BMT rəsmisinin sözlərinə görə, bu məqsədlərə nail olmaq üçün daha güclü tərəfdaşlıqlar, çoxsəviyyəli idarəetmə, inkişaf maliyyəsinə çıxışın genişləndirilməsi, eləcə də məlumat, texnologiya, infrastruktur və institusional potensialın gücləndirilməsi vacibdir.
“Şəhərlər risk və imkanların kəsişdiyi əsas məkanlardır. Qarşıdakı 10 il bu öhdəliklərin daha yüksək ambisiya və təcili yanaşma ilə həyata keçirilməsi üçün həlledici olacaq”, – deyə Guy Ryder vurğulayıb.
18:42 / 11 Noyabr 2026
76
18:39 / 11 Noyabr 2026
75
18:35 / 11 Noyabr 2026
81
18:30 / 11 Noyabr 2026
106
18:29 / 11 Noyabr 2026
113
18:23 / 11 Noyabr 2026
96
18:17 / 11 Noyabr 2026
137
18:13 / 11 Noyabr 2026
103
18:06 / 11 Noyabr 2026
487
18:01 / 11 Noyabr 2026
92
17:42 / 11 Noyabr 2026
227
17:40 / 11 Noyabr 2026
157
17:35 / 11 Noyabr 2026
262
17:16 / 11 Noyabr 2026
99
17:13 / 11 Noyabr 2026
197
17:12 / 11 Noyabr 2026
101
16:35 / 11 Noyabr 2026
114
16:07 / 11 Noyabr 2026
166
16:04 / 11 Noyabr 2026
385
16:01 / 11 Noyabr 2026
128
16:00 / 11 Noyabr 2026
107
15:50 / 11 Noyabr 2026
123
15:50 / 11 Noyabr 2026
135
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.