Azərbaycan WUF13-ün yekunlarını Niderlandda təqdim edib
27 May 2026, 16:41
Qaynar xətt:
(+99450) 247 90 86
WUF13
683
15.05.2026, 21:21
Heydər Əliyev Beynəlxalq Aeroportu Bakıda keçiriləcək BMT-nin Dünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə əlaqədar 15–25 may tarixlərində gücləndirilmiş əməliyyat rejimində fəaliyyət göstərəcək.
Bu barədə Oxu24.com -a Heydər Əliyev Beynəlxalq Aeroportundan məlumat verilib.
Bildirilib ki, Forum çərçivəsində ölkəyə gələcək beynəlxalq nümayəndə heyətləri və sərnişin axınının artacağı nəzərə alınaraq hava limanında əməliyyat prosesləri, sərnişin xidmətləri və təhlükəsizlik tədbirləri üzrə əlavə koordinasiya mexanizmləri tətbiq olunub. Məqsəd iştirakçıların rahat, təhlükəsiz və fasiləsiz hərəkətinin təmin edilməsi, sərnişin təcrübəsinin yüksək standartlar səviyyəsində qorunmasıdır.
WUF13 dövründə Heydər Əliyev Beynəlxalq Aeroportu forum iştirakçılarının şəhər üzrə hərəkətinin daha rahat təşkili məqsədilə xüsusi nəqliyyat sisteminə inteqrasiya olunub. Forum iştirakçıları hava limanı, əsas nəqliyyat mübadilə mərkəzləri, qonaqlama məkanları və tədbir keçiriləcək ərazi arasında fasiləsiz nəqliyyat imkanlarından istifadə edə biləcəklər.
Bu çərçivədə WUF13 Hava Limanı Servis Avtobusları 12 may tarixindən etibarən fəaliyyət göstərir və 24 may tarixinədək 24/7 rejimində fasiləsiz xidmət göstərərək forum iştirakçılarının şəhərin müxtəlif nöqtələrinə rahat çatmasını təmin edir. 25 may tarixində isə avtobuslar saat 18:00-dək fəaliyyət göstərəcək.
İştirakçılar aşağıdakı əsas istiqamətlər üzrə xüsusi marşrutlardan istifadə edə bilərlər:
- A1 | 28 May
- A2 | Nərimanov
- A3 | İzmir
- A4 | Şıx
- A5 | İçərişəhər
- A6 | Sea Breeze
Eyni zamanda, sərnişinlərin rahat gediş-gəlişini təmin edən "Airport Express" (H1 xətti) əvvəlki qaydada 28 May və Koroğlu metrostansiyalarından Heydər Əliyev Beynəlxalq Aeroportunun Terminal 1 və Terminal 2 istiqamətində 24/7 rejimində fasiləsiz fəaliyyətini davam etdirir.
"Artan sərnişin axını nəzərə alınaraq sərnişinlərə uçuş vaxtından ən azı 2–3 saat əvvəl hava limanında olmaları tövsiyə olunur. Səyahət prosesinin daha rahat və operativ təşkili məqsədilə əvvəlcədən onlayn qeydiyyatdan istifadə edilməsi məsləhətdir.
Heydər Əliyev Beynəlxalq Aeroportu WUF13 çərçivəsində ölkəyə gələn qonaqlar və bütün sərnişinlər üçün əməliyyat davamlılığının, yüksək xidmət keyfiyyətinin və təhlükəsiz sərnişin təcrübəsinin təmin olunması istiqamətində fəaliyyətini davam etdirir", - məlumatda vurğulanıb.
12:00 / 07 İyul 2026
8
11:58 / 07 İyul 2026
15
11:52 / 07 İyul 2026
76
11:51 / 07 İyul 2026
22
11:33 / 07 İyul 2026
40
11:22 / 07 İyul 2026
63
11:10 / 07 İyul 2026
58
11:09 / 07 İyul 2026
55
11:05 / 07 İyul 2026
54
11:01 / 07 İyul 2026
176
10:53 / 07 İyul 2026
236
10:48 / 07 İyul 2026
58
10:46 / 07 İyul 2026
60
10:39 / 07 İyul 2026
71
10:32 / 07 İyul 2026
62
10:15 / 07 İyul 2026
394
10:12 / 07 İyul 2026
77
09:59 / 07 İyul 2026
76
09:58 / 07 İyul 2026
962
09:38 / 07 İyul 2026
504
09:34 / 07 İyul 2026
151
09:27 / 07 İyul 2026
71
09:24 / 07 İyul 2026
78
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.