Azərbaycan WUF13-ün yekunlarını Niderlandda təqdim edib
27 May 2026, 16:41
Qaynar xətt:
(+99450) 247 90 86
WUF13
484
15.05.2026, 19:01
Bakıda keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) əsas platformalarından biri – “Urban Expo” sərgisi miqyasına görə WUF tarixinin ən böyük sərgisi olacaq.
Oxu24.com xəbər verir ki, 3,5 hektarlıq sərgi sahəsini əhatə edəcək sərgi Bakı Olimpiya Stadionunu mənzil həlləri, innovasiya və əməkdaşlığın qlobal nümayişi məkanına çevirəcək. Sərgidə dünyanın müxtəlif ölkələrindən 217 təşkilat iştirak edəcək, 66 ölkə isə milli pavilyonlarla təmsil olunacaq.
“Urban Expo” çərçivəsində milli pavilyonlar, icmaəsaslı təşəbbüslər, startap innovasiyaları və yeni yaradılmış Biznes və İnnovasiya Mərkəzi təqdim ediləcək. Burada mənzil təminatı, iqlim dayanıqlılığı, əlçatanlıq və inklüziv şəhər inkişafı sahələrində praktik yanaşmalar nümayiş etdiriləcək.
Sessiya çərçivəsində öyrənmə, əməkdaşlıq və praktiki fəaliyyətlərin gücləndirilməsi məqsədilə üç yeni imkan da təqdim olunacaq.
WUF Akademiyası akademik dairələri, tədqiqatçıları və peşəkarları bir araya gətirərək öyrənmə və təcrübə mübadiləsi üçün xüsusi platforma rolunu oynayacaq.
Biznes və İnnovasiya Mərkəzi şəhər dəyər zəncirinin müxtəlif istiqamətlərində liderliyi, innovativ yanaşmaları və praktik mənzil həllərini ön plana çıxaracaq.
Yeni Təcrübələr Mərkəzində isə mənzil və şəhər inkişafı sahəsində dünyada tətbiq olunan real təcrübələr və miqyaslana bilən həllər nümayiş etdiriləcək.
Qeyd edək ki, bu yeni məkanlar ideyaların, biliklərin və tərəfdaşlıqların birləşdirilməsi yolu ilə mənzil və dayanıqlı şəhərləşmə sahəsində fəaliyyətin sürətləndirilməsinə töhfə verəcək.
15:18 / 10 İyun 2026
17
15:15 / 10 İyun 2026
22
15:09 / 10 İyun 2026
98
15:05 / 10 İyun 2026
38
15:03 / 10 İyun 2026
176
14:57 / 10 İyun 2026
46
14:55 / 10 İyun 2026
48
14:53 / 10 İyun 2026
42
14:41 / 10 İyun 2026
60
14:34 / 10 İyun 2026
53
14:30 / 10 İyun 2026
56
14:25 / 10 İyun 2026
54
14:25 / 10 İyun 2026
59
14:15 / 10 İyun 2026
56
14:14 / 10 İyun 2026
360
14:12 / 10 İyun 2026
49
13:55 / 10 İyun 2026
54
13:44 / 10 İyun 2026
75
13:35 / 10 İyun 2026
71
13:31 / 10 İyun 2026
68
13:27 / 10 İyun 2026
65
13:23 / 10 İyun 2026
558
13:15 / 10 İyun 2026
90
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.