Qaynar xətt:

(+99450) 247 90 86

Şəkər kəskin düşən zaman ilk yardım NECƏ EDİLMƏLİDİR?

2018-12/1544961623_seker.jpg

TİBB

1174

16.12.2018, 15:57

\"\" Qlükoza orqanizmin əsas enerji mənbəyi, \"yanacağı\"dır. Beyin hüceyrələrinə qlükoza xüsusilə lazımdır. Qlükozanın çatışmazlığı zamanı hipoqlikemiya inkişaf edir. Hipoqlikemiyanın ilk simptomları ilə insanların əksəriyyəti üzləşib. Vaxtında qida qəbul etmədikdə biz aclıq, baş ağrısı, halsızlıq, başgicəllənməsi hiss edirik. Lakin şəkərli diabet xəstələrində hipoqlikemiya daha ağır keçir və çox ağır pozulmalarla, hətta ölümlə nəticələnə bilər.
Şəkərli diabet xəstəsi hipoqlikemiya zamanı bu kimi simptomları hiss edir: - kəskin aclıq - halsızlıq və yorğunluq - titrəmə - soyuq tər - ürəkdöyünməsinin tezləşməsi - patoloji qorxu - görmənin pozulması - dil və dodaqların keyiməsi. Əgər xəstəyə vaxtında kömək edilməzsə, insan özündən gedə bilər və onda hipoqlikemik koma inkişaf edə bilər. Hipoqlikemiyanın əsas səbəbləri: - insulinin düzgün yeridilməməsi və ya artıq dozada yeridilməsi