Nazirlər nə qədər maaş alır? - MƏBLƏĞ
15 Noyabr 2026, 14:34
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
902
15.12.2025, 19:46
Almaniya kansleri 15 dekabrda Zelenski ilə görüşü keçirilir.
Dünyanın diqqəti hazırda Almaniyaya yönlənib.
Bu,görüş müharibənin taleyini həll edə bilərmi?
Politoloq Mütəllim Rəhimli Oxu24.com-a açıqlamasında bildirib ki, Ukrayna probleminə münasibətdə Avropa İttifaqı ilə Birləşmiş Ştatlar arasında ciddi fikir ayrılıqları var.
“Bundan başqa Avropa Birliyinin özünün daxilində də fərqli baxışlar mövcuddur. Almaniya Federativ Respublikası Ukraynada müharibənin dayandırılmasının əleyhinə çıxış edir. Həm də digər Avropa ölkələrini də bu prosesə qoşmağa çalışır. Almaniya faktiki olaraq özünü prezident Zelenskinin dostu kimi aparır. Ukraynanın məğlubiyyətə bərabər sülhə məcbur edilməsinin əleyhinə çıxış edir.
Ancaq əsas sual Almaniyanın nə qədər səmimi olması ilə bağlıdır. Doğurdanmı Almaniya Ukraynanın ərazi bütövlüyü və suverenliyinin qorunmasının tərəfdarıdır?
İndiyədək Almaniyanın nümayiş etdirdiyi mövqe bunu deməyə kifayət qədər əsas vermir. Lakin Almaniyanın bu mövqeyi Zelenski üçün indiki dövrdə böyük ümidlər yaradır. Zelenski böyük bir siyasi oyunun içərisində olduğunu və ölkəsini də ora qoşduğunun yəqin ki, fərqindədir. İndi ona biabırçı sülh sazişinin imzalanmasını yubatmaq lazımdır. Bəlkə gələcəkdə nəsə dəyisə bilər ümidi onun yeganə xilas yolu kimi görsənir. Çox güman ki, Zelenski artıq Almaniyanın da səmimiliyinə inanmır. AFR-in Ukraynada siyasi və iqtisadi maraqlarının olduğunu bilir. Sadəcə olaraq təklif edilən sülh müqaviləsində ABŞ və Rusiyanın maraqları prioritet götürülüb.
Avropa ölkələrinin, o cümlədən, Almaniyanın heç bir marağı nəzərə alınmayıb. Ona görə də bu məsələ həll edilənədək Almaniya da muharibənin davam etdirilməsində maraqlıdır. Faktiki olaraq Zelenski ilə Almaniyanın.maraqları üst-üstə düşür.
Ona görə də Berlində keçirilən görüşdə Ukraynaya yeni hərbi dəstəyin göstəriləcəyi ilə bağlı vədlər verilə bilər. Lakin Avropa İttifaqı bunu ehtiyatlı səkildə edir. Çünki lazim olan hərbi dəstəyi verməyə iqtisadi potensialı yoxdur. Həm də prosesin onun xeyirinə nəticələnəcəyinə əmin deyil. Buna görə də risk etmək istəmir. Müharibənin davam etdirilməsinin əsas yükünü və nəticələrlə bağlı məsuliyyəti Ukraynanın uzərinə qoyur”,-deyə politoloq bildirib.
Çimnaz Telmanqızı
14:34 / 15 Noyabr 2026
28
14:25 / 15 Noyabr 2026
53
14:19 / 15 Noyabr 2026
51
14:02 / 15 Noyabr 2026
197
13:27 / 15 Noyabr 2026
188
12:55 / 15 Noyabr 2026
1093
12:36 / 15 Noyabr 2026
300
12:28 / 15 Noyabr 2026
127
12:11 / 15 Noyabr 2026
122
11:52 / 15 Noyabr 2026
178
11:43 / 15 Noyabr 2026
116
11:29 / 15 Noyabr 2026
129
11:20 / 15 Noyabr 2026
118
11:20 / 15 Noyabr 2026
127
11:10 / 15 Noyabr 2026
119
11:07 / 15 Noyabr 2026
720
10:50 / 15 Noyabr 2026
127
10:25 / 15 Noyabr 2026
281
10:21 / 15 Noyabr 2026
123
10:18 / 15 Noyabr 2026
120
10:12 / 15 Noyabr 2026
146
09:35 / 15 Noyabr 2026
533
07:35 / 15 Noyabr 2026
251
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.