Almaniyada vəfat edən Əməkdar artist Arif Mirzəyevin nəşi Azərbaycana gətirilib
15 Noyabr 2026, 14:47
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
954
15.12.2025, 16:59
Ədliyyə Nazirliyi ölkədə hüquqi siyasətin formalaşdırılmasını və həyata keçirilməsini təmin edən, qanunçuluğun möhkəmləndirilməsində mühüm rol oynayan əsas dövlət qurumlarından biridir. Bu qurumda qəbul edilən qərarların effektivliyi isə birbaşa rəhbər heyətin peşəkarlığı və hüquqi bilik səviyyəsindən asılıdır.
Nazir müavinlərinin təhsil yolu, ixtisaslaşma sahələri və akademik hazırlığı onların hüquq sistemində həyata keçirdikləri islahatların mahiyyətini düzgün dəyərləndirməyə imkan verir.
Oxu24.com Ədliyyə nazirinin müavinlərinin təhsili barədə məlumatı təqdim edir.
Bu yazıda ədliyyə naziri Fərid Əhmədovun müavinləri- Abiddin Hüseynov, Mübariz Əhmədov, Toğrul Hüseynov, Eldar Nuriyev və Mirsaleh Seyidovun təhsil yolu və akademik fəaliyyətləri barədə məlumat hazırlanıb.
Abiddin Qabil oğlu Hüseynov 1977-ci ildə Neftçala rayonunda anadan olmuşdur.
1997-ci ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun Politologiya fakültəsinin bakalavr pilləsini, 1999-cu ildə həmin fakültənin magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir.
2003-cü ildə Rusiya Federasiyası Ədliyyə Nazirliyinin Rusiya Hüquq Akademiyasının hüquq fakütəsini ikinci ali təhsil üzrə başa vurmuşdur.
Cenevrə (Graduate Institute of International and Development Studies), Ankara (Türkiyə Ədliyyə Akademiyası), Paris (Ecole Nationale de la Magistrature) və Berlin (GTZ/GİZ) şəhərlərində dövlət qulluqçuları və hakimlər üçün nəzərdə tutulmuş ixtisasartırma və təlimçilərin hazırlanması proqramlarında iştirak etmişdir.
Mübariz Hüseyn oğlu Əhmədov 1980-ci ildə Bakı şəhərində anadan olmuşdur.
1996-2002-ci illərdə təhsil aldığı Bakı Dövlət Universitetini Hüquqşünaslıq ixtisası üzrə bakalavr və magistr pillələrini fərqlənmə diplomları ilə bitirmişdir.
Toğrul Aydın oğlu Hüseynov 1986-cı ildə Bakı şəhərində anadan olmuşdur.
2007-ci ildə Bakı Dövlət Universitetinin Hüquqşünaslıq ixtisası üzrə bakalavr, 2010-cu ildə magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir.
2022-ci ildə Amerika Birləşmiş Ştatlarının Missuri Universitetində Dövlət idarəetməsi üzrə magistr dərəcəsinə yiyələnmişdir.
2024-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə magistr təhsili almışdır. Həmçinin Harvard Biznes Məktəbində davamlı biznes strategiyaları üzrə əlavə ixtisaslaşmışdır.
Eldar Qasım oğlu Nuriyev 1955-ci ildə Lənkəran şəhərində anadan olmuşdur.
1978-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir.
Mirsaleh Miradil oğlu Seyidov 1977-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur.
1998-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bakalavr, 2002-ci ildə isə magistr pillələrini fərqlənmə diplomları ilə bitirib.
Mənbə: AzEdu.az
14:47 / 15 Noyabr 2026
21
14:34 / 15 Noyabr 2026
82
14:25 / 15 Noyabr 2026
71
14:19 / 15 Noyabr 2026
60
14:02 / 15 Noyabr 2026
221
13:27 / 15 Noyabr 2026
200
12:55 / 15 Noyabr 2026
1144
12:36 / 15 Noyabr 2026
305
12:28 / 15 Noyabr 2026
130
12:11 / 15 Noyabr 2026
123
11:52 / 15 Noyabr 2026
184
11:43 / 15 Noyabr 2026
118
11:29 / 15 Noyabr 2026
131
11:20 / 15 Noyabr 2026
119
11:20 / 15 Noyabr 2026
128
11:10 / 15 Noyabr 2026
122
11:07 / 15 Noyabr 2026
730
10:50 / 15 Noyabr 2026
129
10:25 / 15 Noyabr 2026
285
10:21 / 15 Noyabr 2026
126
10:18 / 15 Noyabr 2026
122
10:12 / 15 Noyabr 2026
149
09:35 / 15 Noyabr 2026
535
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.