Almaniyada vəfat edən Əməkdar artist Arif Mirzəyevin nəşi Azərbaycana gətirilib
15 Noyabr 2026, 14:47
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
991
15.12.2025, 16:40
Körpə və erkən yaşlı uşaqlar üçün nəzərdə tutulmuş qida formullarına dair sanitariya norma və qaydaları təsdiqlənib.
Oxu24.com xəbər verir ki, bununla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası qərar qəbul edib.
Qaydalar körpə və erkən yaşlı uşaqlar üçün nəzərdə tutulmuş maye və yaxud toz halında olan qida formullarına dair tələbləri müəyyən edir.
Qaydaların tələblərinə cavab verən qida formullarının dövriyyəsinə yol verilir.
Qida formulları yalnız fiziki üsullarla emal edilməli, məhsul və ya onun komponenti ionlaşdırıcı şüalanma ilə emal edilməməlidir.
Qida formulları aşağıdakı 2 növə bölünür:
- Körpələrin ilk 6 ayında qidaya tələbatının ödənilməsi məqsədilə nəzərdə tutulmuş 1 nömrəli qida formulu;
- Altı aylıqdan üç yaşınadək uşaqların qidaya tələbatının ödənilməsi məqsədilə nəzərdə tutulmuş 2 nömrəli qida formulu
1 nömrəli və 2 nömrəli qida formulları pərakəndə satış yerlərinə yalnız qablaşdırılmış formada yerləşdirilə bilər.
Bu Qaydalar tibbi məqsədlər üçün hazırlanan qida formullarına dair tələbləri əhatə etmir.
Bundan əlavə, Kollegiyanın daha bir qərarı ilə körpə və erkən yaşlı uşaqlar üçün nəzərdə tutulmuş əlavə qidalara dair sanitariya norma və qaydaları təsdiqlənib.
Qaydalar altı aydan yuxarı körpə və erkən yaşlı uşaqlar üçün nəzərdə tutulmuş sənaye üsulu ilə gigiyenik tələblərə uyğun hazırlanan əlavə qidalara dair tələbləri müəyyən edir.
Əlavə qidalar pərakəndə satış yerlərinə yalnız qablaşdırılmış formada yerləşdirilə bilər.
Əlavə qidalar aşağıdakı 2 növə bölünür:
- ana südü və ya qida formulu altı aydan yuxarı körpələrin və ya erkən yaşlı uşaqların qidaya tələbatını tam ödəmədikdə onlara əlavə olaraq verilən dəstəkləyici qida məhsulu kimi nəzərdə tutulmuş taxıl əsaslı əlavə qidalar;
- ana südü və ya qida formulu altı aydan yuxarı körpələrin və ya erkən yaşlı uşaqların qidaya tələbatını tam ödəmədikdə onlara əlavə olaraq verilən dəstəkləyici qida məhsulu kimi nəzərdə tutulmuş (erkən yaşlı uşaqlar üçün nəzərdə tutulmuş süd əsaslı içkilər istisna olmaqla) taxıl əsaslı olmayan əlavə qidalar.
Əlavə qidalar və ya onun inqrediyentlərinin ionlaşdırıcı şüalanmaya məruz qalmasına yol verilmir.
Hər iki qərar 2026-cı il martın 4-dən qüvvəyə minir.
14:47 / 15 Noyabr 2026
21
14:34 / 15 Noyabr 2026
82
14:25 / 15 Noyabr 2026
71
14:19 / 15 Noyabr 2026
60
14:02 / 15 Noyabr 2026
221
13:27 / 15 Noyabr 2026
200
12:55 / 15 Noyabr 2026
1144
12:36 / 15 Noyabr 2026
305
12:28 / 15 Noyabr 2026
130
12:11 / 15 Noyabr 2026
123
11:52 / 15 Noyabr 2026
184
11:43 / 15 Noyabr 2026
118
11:29 / 15 Noyabr 2026
131
11:20 / 15 Noyabr 2026
119
11:20 / 15 Noyabr 2026
128
11:10 / 15 Noyabr 2026
122
11:07 / 15 Noyabr 2026
730
10:50 / 15 Noyabr 2026
129
10:25 / 15 Noyabr 2026
285
10:21 / 15 Noyabr 2026
126
10:18 / 15 Noyabr 2026
122
10:12 / 15 Noyabr 2026
149
09:35 / 15 Noyabr 2026
535
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.