Almaniyada vəfat edən Əməkdar artist Arif Mirzəyevin nəşi Azərbaycana gətirilib
15 Noyabr 2026, 14:47
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
3162
15.12.2025, 19:15
Xəbər verdiyimiz kimi,Prezident İlham Əliyevin bu gün imzaladığı Sərəncamla Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələr verilib.
“General-leytenant” ali hərbi rütbəsi verilən general-mayor Adil Ələsgər oğlu Abdullayev isə fövqəladə hallar nazirinin müavinidir.
Oxu24.com xəbər verir ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərov ən çox müavini olan nazirdir.
Prezident İlham Əliyevin 2014-cü il 05 may tarixli sərəncamı ilə Fövqəladə Hallar Nazirliyi haqqında əsasnamədə dəyişiklik edilərək qurumda nazir müavinlərinin sayını 4-dən 6-ya qaldırıldı.
Onun hazırda 6 müavini var.Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyev vəzifədə olanda bu say 7 idi.
Heydərovun müavinləri kimlərdir?
General-leytenant Rəfail Xalid oğlu Mirzəyev - Azərbaycan Respublikası fövqəladə hallar nazirinin birinci müavinidir.
Rəfail Mirzəyev 1959-cu il fevralın 16-sı Gürcüstanın Marneuli rayonunda anadan olub.
2006-cı ilin mayın 3-ü Azərbaycan Respublikası fövqəladə hallar nazirinin birinci müavini təyin edilib.
2007-ci il oktyabrın 31-i Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasəti sahəsində İşçi Qrupunun üzvü olub.
Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamları ilə Rəfail Mirzəyevə 2002-ci il yanvarın 17-si "gömrük xidməti general-mayoru", 2005-ci il yanvarın 28-i "gömrük xidməti general-leytenantı" ali xüsusi rütbələri, 2006-cı il mayın 3-də isə "general-leytenant" ali hərbi rütbəsi verilib.
General-leytenant Rəfail Xalid oğlu Mirzəyev "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunub.
Ailəlidir, 3 övladı var.Onun hazırda 66 yaşı var.
Tibb xidməti general-leytenantı Faiq Cavad oğlu Tağızadə - Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavinidir.O,nazirin ən yaşlı müavinidir.Hazırda 74 yaşındadır.Bir müddət öncə səhəttində ciddi problem olduğu,infarkt keçirdiyi deyilirdi.
17.11.1951-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib, tibb elmləri namizədidir. Ailəlidir, 3 övladı var.
General-leytenant Etibar Böyükbəy oğlu Mirzəyev - Azərbaycan Respublikası fövqəladə hallar nazirinin növbəti müavinidir.O,da pensiya yaşına keçib.
30.11.1958-ci ildə Naxçıvan şəhərində anadan olub. Bakı Dövlət Universitetini (keçmiş Azərbaycan Dövlət Unversiteti) bitirib. Ailəlidir, 2 övladı var.
Orucəli Məmməd oğlu Hacıyev -Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini.
20.04.1959-cu ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olub. Naxçıvan Dövlət Pedaqoji İnstitutu və Bakı Dövlət Universitetini bitirib. Ailəlidir, 2 övladı var.
Tapdıq Əhliman oğlu Əmiraslanov Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini.O,Azərbaycan Tibb Universitetinin sabiq rektoru, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanovun oğludur.
Tapdıq Əmiraslanov Nazirlik yanında İctimai şuranın seçki komissiyasının sədridir.
07.02.1978-ci ildə Moskva şəhərində anadan olub.
ABŞ Hyuston Universiteti və St. Thomas Universitetini bitirib, iqtisad elmləri namizədidir.
Ailəlidir, 2 övladı var.
General-leytenant - Adil Ələsgər oğlu Abdullayev Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavinidir.
21.09.1977-ci ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. Ailəlidir, 2 övladı var.
48 yaşlı A.Abdullayev ötən il fövqəladə hallar naziri Kəmaləddin Heydərovun müavini təyin edilib. O son təyinata qədər Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəhbəri vəzifəsində çalışıb.
Abdullayev FHN-dən öncə Dövlət Gömrük Komitəsində Daxili Təhlükəsizlik İdarəsinin şöbə rəisi olub.
Hazırladı: Miri Məcidli
14:47 / 15 Noyabr 2026
21
14:34 / 15 Noyabr 2026
82
14:25 / 15 Noyabr 2026
71
14:19 / 15 Noyabr 2026
60
14:02 / 15 Noyabr 2026
221
13:27 / 15 Noyabr 2026
200
12:55 / 15 Noyabr 2026
1144
12:36 / 15 Noyabr 2026
305
12:28 / 15 Noyabr 2026
130
12:11 / 15 Noyabr 2026
123
11:52 / 15 Noyabr 2026
184
11:43 / 15 Noyabr 2026
118
11:29 / 15 Noyabr 2026
131
11:20 / 15 Noyabr 2026
119
11:20 / 15 Noyabr 2026
128
11:10 / 15 Noyabr 2026
122
11:07 / 15 Noyabr 2026
730
10:50 / 15 Noyabr 2026
129
10:25 / 15 Noyabr 2026
285
10:21 / 15 Noyabr 2026
126
10:18 / 15 Noyabr 2026
122
10:12 / 15 Noyabr 2026
149
09:35 / 15 Noyabr 2026
535
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.