Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycan əhalisində ən çox çatışmayan vitamin – E vitamininin azlığı insanın qocalması və tez ölməsi deməkdir

2018-09/1536838043_1536410757_vitamin-e-pri-planirovanii-beremenosti-2.jpg

TİBB

1688

13.09.2018, 15:27

\"\" Oxu24.com  xəbər verir ki, bütün daxili orqanların işi, maddələr mübadiləsinə və həzm traktına müstəsna təsiri olan E vitamini insan yaşlaşdıqca, yaşadığı yerdən, həyatdan və qidasından asılı olaraq azalmağa başlayır.
E vitamini əskikliyinin əlamətləri: -Əzələlərdə, qol və ayaqlarda sanki zəiflik, boşalma, uyuşma və keyləşmə hissi – E vitamini çatışmazlığının ən birinci əlamətidir. Uzun müddət defisit olduqda xəstə yeyərkən səndirləyir, axsayır, ayaqlarda, çanaqda ağrılar olur. -Dərinin qəfildən və tez müddətdə qırışması, quruması, çatlaması, sallanması, pozulması, dəridə qəhvəyi ləkələr – xarici görünüşdə E vitamini defisitinin bariz nümunəsidir. - Saçların quruması, qırılması, zəifləməsi -Gözlərin zəifləməsi, oxuyarkən tez yorulma, kəsici ağrı, sanki qum batırmış kimi sancı -Psixoloji-emosional dəyişkənlik – ağlayıb –sısqamaq, iştahsızlıq, qıcığa qarşı kəskin reaksiya, qışqırmaq -Cinsiyyət hormonlarının azalması, libidin düşməsi, intim hisslərin olmaması – həm kişi, həm də qadınlarda impotensiya, frigidliyin artması -Hamilə qala bilməmək, düşüklər, səbəbsiz sonsuzluq Nə etməli? Əgər qan analizində və əlamətlərlə E vitamini əskikliyi diaqnozu qoyulubsa, qida ilə bu əskikliyi doldurmaq mümkün olmayacaq. Çünki bağırsaqlar meyvə-tərəvəzdə olan vitaminin 50%ni mənimsəyir. İndiki qidalarda E vitamini olmasına isə heç kim zəmanət vermir. Sutkalıq doza – 12 mq-dır. Hansı ərzaqlarda var: -Təzə tərəvəz və meyvələr -Qoz, ləpələr, quru meyvələr -Tər göyərti -Rafinə olunmamış bitki yağları -Yarma, buğda, çovdar sıyıqları -Yumurta sarısı -Qaraciyər   Bundan əlavə E vitamini gərək orqanizm tərəfindən mənimsənilsin. Mədə-bağırsağı xəstə insanlarda bu baş vermir. Ona görə aptekdə satılan E vitamini preparatlarını qəbul etmək lazım olacaq. Gündə 2-3 dəfə 1 kapsul qəbul etmək lazımdır. Maksimal doza 1100 me-dir. Dozanı həkim təyin etməlidir. Kimlərə kapsul E vitamini olmaz: -Qanazlığı olanlara -Preparata fərdi əks-təsiri olanlara -Diabet xəstələrinə -Yağ mübadiləsi pozulanlara -E vitamini ilə uzlaşmayan digər dərmanlar qəbul edərkən Bütün bunları da həkim təyin etməlidir.