Ağadadaş Ağayev məhkəməyə VERİLDİ
29 Dekabr 2025, 02:32
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
46
29.12.2025, 11:33
Onlayn qumar oyunlarının təşkili, bu fəaliyyətlərdən əldə edilmiş vəsaitlərin leqallaşdırılması ilə bağlı ittiham olunan Yusif Baqiyev, Ramil Saadov, Pərviz Məmmədov, Samir Nəsibovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Oxu24.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə müdafiə tərəfinin vəkilləri yenidən vəsatət verərək prosesin mediaya qapalı keçirilməsini xahiş ediblər.
Samir Nəsibovun vəkili bildirib ki, müdafiə etdiyi şəxsin verəcəyi ifadədə kommersiya sirri təşkil edən məqamlar var və buna görə o, ifadəsini qapalı prosesdə vermək istəyir.
Vəsatət təmin edilib. Proses qapalı keçirilib.
Qeyd edək ki, Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumata görə, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində internet informasiya resurslarından istifadə etməklə qumar oyunlarının təşkil edilməsi və əlaqəli qanunsuz əməllər barədə daxil olmuş məlumatlar əsasında həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində başlanmış cinayət işi üzrə ibtidai istintaq mütəşəkkil dəstənin bir sıra üzvləri barəsində tamamlanıb.
İbtidai istintaqla Yusif Baqiyev və digərlərinin mütəşəkkil dəstə halında birləşərək qumar oyunlarının təşkili və keçirilməsi nəticəsində xüsusilə külli miqdarda gəlir əldə etməsi və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.
Belə ki, Yusif Baqiyev 2022-ci ilin əvvəllərindən 2025-ci ilin fevral ayınadək olan müddət ərzində Pərviz Məmmədov, Ramil Saadov və barəsində axtarış elan olunmuş digər şəxslərlə qumar oyunlarında iştirak etmək üçün çoxsaylı şəxslərin cəlb edilməsi, pul dövriyyəsinin təmin edilməsi, müxtəlif şəxslərin adlarına çoxsaylı bank kartları və bank hesablarının açılması məqsədilə mütəşəkkil dəstə halında birləşərək dəstənin üzvləri arasında müvafiq rol bölgüsü aparıb.
Bundan sonra Yusif Baqiyev və mütəşəkkil dəstənin üzvü olan digər şəxslər qumar oyunları ilə bağlı köçürmələrin təmin edilməsi və cinayət yolu ilə əldə edilmiş gəlirin leqallaşdırılması məqsədilə “Paysis” MMC-nin rəhbəri Samir Nasibovla razılaşaraq, həmin cəmiyyətə məxsus pulköçürmə sistemlərində ayrı-ayrı şəxslərin məlumatı olmadan vəzifə saxtakarlığı yolu ilə onların adına elektron pul kisələri açıb və bu kisələrə onlayn qumar oyunları nəticəsində əldə olunan ümumilikdə 171 milyon manatdan artıq vəsaitin köçürülməsini təmin ediblər.
Həmçinin oxuyun
Qanunsuz əldə olunmuş həmin pul vəsaitlərinin 41 milyon manatdan artıq hissəsinin müxtəlif bank hesabları vasitəsilə dövriyyəyə buraxılması və əmlakların alınması yolu ilə leqallaşdırılması istintaqın gedişində əldə olunan dəlillərlə sübuta yetirilib.
İstintaq zamanı mütəşəkkil dəstə üzvlərinin istifadə etdikləri çoxsaylı elektron daşıyıcılar, bank kartları, nağd pul və digər əşyalar maddi sübut kimi götürülüb. Habelə onlara aid bank hesablarının ümumi dövriyyəsinin 171 milyon manatdan artıq olduğu müəyyən edilib.
Toplanmış sübutlar əsasında Yusif Baqiyev, Ramil Saadov və Pərviz Məmmədova Cinayət Məcəlləsinin 193-1.3.1, 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) və 244-1.4 (mütəşəkkil dəstə tərəfindən qumar oyunlarının təşkili və keçirilməsi, xüsusilə külli miqdarda gəlir əldə etməklə törədildikdə) maddələri ilə, Samir Nasibova isə həmin maddələrlə yanaşı 32.5, 244-1.4 (mütəşəkkil dəstə tərəfindən xüsusilə külli miqdarda gəlir əldə etməklə qumar oyunlarının təşkili və keçirilməsinə kömək etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.
Yusif Baqiyev barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Binəqədi Rayon Məhkəməsinin, digər şəxslər - Ramin Saadov və Samir Nəsibov barəsində isə dövlət ittihamçısının vəsatəti əsasında Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.
İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərə məxsus 10 milyon manatdan artıq dəyərdə əmlak üzərinə həbs qoyulub, habelə “Paysis” MMC barəsində isə cinayət-hüquqi tədbirlərin tətbiqi üzrə icraat başlanılaraq, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Eyni zamanda, cinayət işindən ayrılmış materiallar üzrə göstərilən qanunazidd əməllərin törədilməsində iştirak etməsi güman olunan və barəsində axtarış elan edilmiş digər şəxslərlə bağlı ibtidai istintaq davam etdirilir.
13:06 / 29 Dekabr 2025
1
12:52 / 29 Dekabr 2025
22
12:21 / 29 Dekabr 2025
640
12:17 / 29 Dekabr 2025
24
12:04 / 29 Dekabr 2025
36
11:59 / 29 Dekabr 2025
28
11:37 / 29 Dekabr 2025
287
11:23 / 29 Dekabr 2025
279
11:17 / 29 Dekabr 2025
44
10:58 / 29 Dekabr 2025
937
10:30 / 29 Dekabr 2025
665
10:22 / 29 Dekabr 2025
51
10:05 / 29 Dekabr 2025
52
10:04 / 29 Dekabr 2025
54
10:02 / 29 Dekabr 2025
53
02:34 / 29 Dekabr 2025
96
02:32 / 29 Dekabr 2025
98
02:31 / 29 Dekabr 2025
94
02:29 / 29 Dekabr 2025
94
02:25 / 29 Dekabr 2025
102
02:22 / 29 Dekabr 2025
288
02:15 / 29 Dekabr 2025
97
02:12 / 29 Dekabr 2025
113
02:10 / 29 Dekabr 2025
85
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.