Yol tikintisi zamanı 8 min il əvvələ aid insan skeletləri TAPILDI
16 May 2026, 00:00
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
638
29.12.2025, 14:28
Bəzilərini sevgi, bəzilərini isə Cənubi Azərbaycan həsrəti kimi dinlədiyi “Aman ayrılıq” mahnısı 1957-ci ildə yazılıb.
Oxu24.com xəbər verir ki,mahnının sözləri Fərhad İbrahimiyə, musiqiai isə Əli Səlimiyə aiddir.
Günlərin bir günü Rəşid Behbudov İranda Əli Səlimigilin evində qonaq olur.
Həmin vaxt Əli Səlimi Rəşid Behbudova “Sizə salam gətirmişəm” mahnısını təqdim edir.
O vaxtı, Əli Səliminin yoldaşı onu digər otağa çağırır. Deyir ki, Rəşid Behbudova ifa etməsi üçün “Aman ayrılıq” mahnısı verək.
Bir qədər sonra həmin otaqdan tarın müşayiəti ilə həzin bir qadın səsi eşidilir. Mahnının ilk notları səslənən kimi Rəşid Behbudov diqqətini gizlədə bilmir.
O, elə ilk anlardan bu melodiyaya vurulur və ifaya qoşularaq zümzümə etməyə başlayır.
Mahnı bitdikdən sonra məşhur müğənni böyük maraqla Əli Səlimidən bu əsərin kimə məxsus olduğunu soruşur.
Bəstəkar cavabında bildirir ki, şair Fərhad İbrahimi “Ayrılıq” adlı bir şeir yazmışdı və o, cəmi bir neçə gün əvvəl həmin şeirə musiqi bəstələyib.
Rəşid Behbudov eşitdiklərindən təsirlənərək bəstəkara iradını gizlətmir: “Bəs niyə bu mahnını mənə təklif etmirsən?”
Əli Səlimi isə tərəddüdünü açıq şəkildə dilə gətirir. Deyir ki, “Ayrılıq”ı oxumağa icazə verilməyəcəyindən qorxur, bunun isə Rəşid Behbudov üçün problem yarada biləcəyini düşünür.
“Sənə də baş ağrısı olmasın. ‘Sizə salam gətirmişəm’i oxusan, mənə dünyanı vermiş olarsan”, — deyə o əlavə edir.
Bu anda bəstəkarın da, onun xanımının da kövrəldiyini görən Rəşid Behbudov qəti mövqe ortaya qoyur. O, inamla bildirir:
“Tezliklə hər iki mahnını mənim ifamda eşidəcəksiniz.”
Yaqub Zurufçu bu mahnıya ilk klip çəkdirən sənətkarlardandır.
“Aman ayrılıq”ı oxuyanların taleyində də ayrılıq olub. Sonralar “Ayrılıq” müxtəlif illərdə çox sayda tanınmış ifaçılar tərəfindən səsləndirilib, həm Azərbaycanda, həm də İran, Türkiyə kimi ölkələrdə.
Bir çox mahnılar ifa edən Ququş(Faiqə Atəşin) da bu mahnı ilə məşhurlaşıb.
“Aman ayrılıq” mahnısı hələ də yaşayır. O taylı, bu taylı…
Bir-birini sevib, qovuşa bilməyənlərin ürəklərində…
Çimnaz Telmanqızı
00:49 / 16 May 2026
212
00:37 / 16 May 2026
235
00:00 / 16 May 2026
251
23:36 / 15 May 2026
206
23:31 / 15 May 2026
100
23:27 / 15 May 2026
94
23:25 / 15 May 2026
96
23:22 / 15 May 2026
103
23:20 / 15 May 2026
251
23:19 / 15 May 2026
243
23:19 / 15 May 2026
264
23:15 / 15 May 2026
202
23:09 / 15 May 2026
107
23:08 / 15 May 2026
99
23:04 / 15 May 2026
94
22:50 / 15 May 2026
97
22:44 / 15 May 2026
294
22:33 / 15 May 2026
256
22:24 / 15 May 2026
336
22:01 / 15 May 2026
540
21:31 / 15 May 2026
133
21:21 / 15 May 2026
203
21:10 / 15 May 2026
131
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.