Qaynar xətt:

(+99450) 247 90 86

Təranə qətlə yetirilibmiş - 13 il sonra üstü açıldı 

news/2025_12_29/teranaaa_1767005774.jpg

KRİMİNAL

51

29.12.2025, 14:55

2012-ci ildə Lənkəranda itkin düşmüş qadının qətlə yetirildiyi müəyyən edilib.

“Qafqazinfo”nun məlumatına görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə 1988-ci il təvəllüdlü Təranə Ağayevanı qətlə yetirməkdə şübhəli bilinən 1970-ci il təvəllüdlü Əliağa Kazımov saxlanılıb.

Qadının meyitinin qalıqları basdırıldığı yerdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, bir neçə il əvvəl T.Ağayevanın qardaşı Fuad şübhəli şəxs qismində tutulmuşdu. Lakin o, bacısının meyitinin qalıqlarının olduğu yeri göstərə bilməmiş, daha sonra sərbəst buraxılmışdı.