Prezidentin bu sərəncamı ilə YENİ MƏRHƏLƏ BAŞLADI
14 Noyabr 2026, 23:59
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
629
29.12.2025, 14:04
Azərbaycanda 2019-cu ildən qüvvədə olan neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortaedənlərdə işləyən sığortaolunanların muzdlu işdən aylıq gəlirlərindən məcburi dövlət sosial sığorta haqqının dərəcəsi dəyişir.
Oxu24.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Sosial sığorta haqqında” qanuna dəyişiklikdə əksini tapıb.
Qeyd edək ki, 2019-cu il yanvarın 1-dən 7 il müddətində neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortaedənlərdə işləyən sığortaolunanların muzdlu işdən aylıq gəlirlərindən məcburi dövlət sosial sığorta haqqı aylıq gəlir 200 manata qədər olduqda isə sığortaolunan 3%, sığortaedən isə 22% sosial sığorta haqqı ödəyib. Aylıq gəliri 200 manatdan çox olduqda sığortaolunanın gəlirlərindən 6 manat + 200 manatdan çox olan hissənin 10%-i, sığortaedənin vəsaitindən isə 44 manat + 200 manatdan çox olan hissəsinin 15%-i qədər sosial sığorta haqqı tutulub.
Qanuna əsasən, gələn il yanvarın 1-dən aylıq gəlir 200 manata qədər olduqda məcburi dövlət sosial sığorta haqqının tutulması qaydası hazırkı kimi olacaq. Aylıq gəlir yalnız 200 manatdan 8 000 manata qədər olduqda sığortaolunan 6 manat + 200 manatdan 8000 manata qədər olan hissənin 10%-i qədər, sığortaedən isə 44 manat + 200 manatdan 8 000 manata qədər olan hissənin 15%-i qədər məcburi dövlət sosial sığorta haqqı ödəyəcək.
Gələn ildən aylıq gəlir 8 000 manatdan çox olduqda isə sığortaolunan 786 manat + 8 000 manatdan çox olan hissənin 10%-i qədər, sığortaedən isə 1 214 manat + 8 000 manatdan çox olan hissənin 11%-i qədər sosial sığorta haqqı ödəyəcək. Beləliklə, bu halda sosial sığorta haqqı dərəcəsi ümumilikdə 21% olacaq.
23:59 / 14 Noyabr 2026
122
23:51 / 14 Noyabr 2026
65
23:47 / 14 Noyabr 2026
77
23:33 / 14 Noyabr 2026
81
23:23 / 14 Noyabr 2026
244
23:16 / 14 Noyabr 2026
78
23:05 / 14 Noyabr 2026
331
23:01 / 14 Noyabr 2026
175
22:28 / 14 Noyabr 2026
750
22:19 / 14 Noyabr 2026
95
21:55 / 14 Noyabr 2026
116
21:32 / 14 Noyabr 2026
140
21:22 / 14 Noyabr 2026
180
21:11 / 14 Noyabr 2026
752
21:04 / 14 Noyabr 2026
910
21:02 / 14 Noyabr 2026
130
20:56 / 14 Noyabr 2026
667
20:50 / 14 Noyabr 2026
138
20:38 / 14 Noyabr 2026
134
20:23 / 14 Noyabr 2026
1332
19:54 / 14 Noyabr 2026
122
19:50 / 14 Noyabr 2026
127
19:36 / 14 Noyabr 2026
2044
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.