İlham Əliyevin Qazaxıstana səfəri başa çatıb
15 May 2026, 23:22
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
576
29.12.2025, 14:21
Prezident İlham Əliyev Milli Məclisin dekabrın 9-da qəbul etdiyi Vergi Məcəlləsinə və 16 qanuna dəyişiklikləri təsdiqləyib.
Oxu24.com xəbər verir ki, söhbət "Milli Məclis deputatının statusu haqqında", "Sosial sığorta haqqında", "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında", "Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında", "Tibbi sığorta haqqında", "Dövlət rüsumu haqqında", "Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında", "Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət orqanı əməkdaşlarının dövlət icbari şəxsi sığortası haqqında", "Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında", "Sığorta fəaliyyəti haqqında", "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında", "Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında", "Uşaqların icbari dispanserizasiyası haqqında", "Gömrük tarifi haqqında", "Nağdsız hesablaşmalar haqqında" və "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanunlardan gedir.
Sözügedən dəyişikliklər paketinin əsas istiqamətləri investisiya mühitinin və sahibkarlıq fəaliyyətinin təşviq edilməsi, sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması, vergi daxilolmalarının və büdcə gəlirlərinin tənzimlənməsi, vergi nəzarəti mexanizminin təkmilləşdirilməsi və kölgə iqtisadiyyatına qarşı mübarizədir.
"Sosial sığorta haqqında" qanuna təklif edilən dəyişikliklər isə sahibkarların sosial sığorta yükünün optimallaşdırılması, Naxçıvan Muxtar Respublikasında ödənilən məcburi dövlət sosial sığorta haqlarının subsidiyalaşdırılmasını əhatə edir.
00:49 / 16 May 2026
212
00:37 / 16 May 2026
235
00:00 / 16 May 2026
251
23:36 / 15 May 2026
206
23:31 / 15 May 2026
100
23:27 / 15 May 2026
94
23:25 / 15 May 2026
96
23:22 / 15 May 2026
103
23:20 / 15 May 2026
251
23:19 / 15 May 2026
243
23:19 / 15 May 2026
264
23:15 / 15 May 2026
202
23:09 / 15 May 2026
107
23:08 / 15 May 2026
99
23:04 / 15 May 2026
94
22:50 / 15 May 2026
97
22:44 / 15 May 2026
294
22:33 / 15 May 2026
256
22:24 / 15 May 2026
336
22:01 / 15 May 2026
540
21:31 / 15 May 2026
133
21:21 / 15 May 2026
203
21:10 / 15 May 2026
131
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.