Qaynar xətt:

(+99450) 247 90 86

Prezident ailəsi “Azərbaycan dili” platformasının təqdimatında:  Mərasimində çıxış edən Mahmud Athar kimdir?   

news/2025_12_29/qizlar_1766991814.jpg

CƏMİYYƏT

1009

29.12.2025, 10:58

“Azərbaycan dili” platformasının təqdimat mərasimində çıxış edən Mahmud Athar kimdir? 

Xəbər verdiyimiz  kimi,dekabrın 28-də Azərbaycan Dillər Universitetində (ADU) “Azərbaycan dili” platformasının təqdimat mərasimi keçirilib. Layihənin ideya müəllifi və rəhbəri Alena Əliyevadır.

Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, eləcə də layihənin ideya müəllifi və rəhbəri Alena Əliyeva iştirak ediblər.

Təqdimat mərasimində çıxış edən Azərbaycan Dillər Universitetində fəaliyyət göstərən Pakistan mərkəzinin direktoru, ADU-nun doktorantı Mahmut Athar universitetdə təhsil aldığı müddətdə Azərbaycan dilini öyrənmək, onu inkişaf etdirmək və gündəlik həyatının ayrılmaz hissəsinə çevirmək imkanı əldə etdiyini bildirib.

0

Dilin xalqın ruhu, mədəniyyəti və düşüncə tərzi olduğunu vurğulayan M.Athar qeyd edib ki, Azərbaycan dili olduqca zəngin bir dildir. Onun sözlərinə görə, bu dil Nizami Gəncəvinin və Məhəmməd Füzulinin dilidir:

 “Biz fəaliyyət göstərdiyimiz mərkəz vasitəsilə Azərbaycan dili və mədəniyyətinin xaricdə tanıdılmasına töhfə verməyə çalışırıq. İslamabadda fəaliyyət göstərən Azərbaycan mərkəzi ilə birlikdə Azərbaycan dilinin təbliği və mədəni tədbirlərin təşkili istiqamətində işlər görürük. Pakistanlı tələbələrin Azərbaycan dilini öyrənməsi üçün bir kitab da nəşr etdirmişik. Bu təşəbbüslər Azərbaycan dilinin beynəlxalq miqyasda tanınmasına xidmət edir.”

Mahmut Athar əlavə edib ki, Azərbaycan dilini öyrənmək üçün əsas üsullardan biri Prezident İlham Əliyevin çıxışlarını diqqətlə dinləməkdir. Onun sözlərinə görə, Azərbaycan dili güclü birləşdirici təsirə malikdir və müxtəlif ölkə və millətlərdən olan insanları bir araya gətirir.

Tədbir zamanı çıxış edən Leyla Əliyeva Mahmud Atharın Azərbaycan dilində səlis və aydın danışmasını xüsusi vurğulayaraq ona təşəkkürünü bildirib.

Leyla Əliyeva qeyd edib ki, Mahmud Atharın Azərbaycan dilinə və mədəniyyətinə göstərdiyi həssaslıq xüsusilə təqdirəlayiqdir, çünki o, Pakistan vətəndaşı olaraq Azərbaycan dilini öyrənmiş və uğurla tətbiq etmişdir.

Leyla Əliyeva çıxışında Mahmud Atharın fəaliyyətinin yalnız şəxsi uğurla məhdudlaşmadığını, eyni zamanda Azərbaycan dilinin və mədəniyyətinin təbliği, gənc nəsillərin dilimizə olan marağının artırılması istiqamətində böyük rol oynadığını vurğulayıb.

Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Mahmut Atharın Azərbaycan Dillər Universitetində gördüyü işləri, Azərbaycan dilinin və mədəniyyətinin təbliği istiqamətindəki fəaliyyətini yüksək qiymətləndirib.

Arzu Əliyeva əlavə edib ki, Pakistan Mədəniyyət Mərkəzinin rəhbəri olaraq Mahmud Athar müxtəlif layihələr, tədbirlər və seminarlar vasitəsilə Azərbaycan-Pakistan dostluq əlaqələrinin inkişafına mühüm töhfələr verir.

Arzu Əliyeva çıxışında, Mahmud Atharın fəaliyyəti iki qardaş ölkənin münasibətlərində dostluq və əməkdaşlıq mühitinin möhkəmlənməsinə xidmət etdiyini, Mahmud Atharın fəaliyyətinin Azərbaycan-Pakistan mədəni əlaqələrinin inkişafında davamlı rol oynayacağına əminliyini bildirib.

Layihənin ideya müəllifi və rəhbəri Alena Əliyeva isə Mahmud Atharın Azərbaycan dilinin qorunması və təbliği istiqamətində göstərdiyi səylərin xüsusi əhəmiyyət daşıdığını bildirib.

O qeyd edib ki, Mahmud Atharın təşəbbüsləri yalnız dilimizi öyrənən tələbələr üçün deyil, həmçinin ölkəmizin mədəni irsini qorumaq və geniş ictimaiyyətə çatdırmaq baxımından da böyük töhfə verir.

Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və layihənin ideya müəllifi və rəhbəri Alena Əliyeva da Mahmut Atharın Azərbaycan Dillər Universitetində gördüyü işləri, Azərbaycan dilinin və mədəniyyətinin təbliği istiqamətindəki fəaliyyətini yüksək qiymətləndiriblər.

Sonda vurğulanıb ki, “Azərbaycan dili” platforması dilimizin qorunması, inkişafı və beynəlxalq aləmdə daha geniş tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır.

Qeyd edək ki, Azərbaycan Dillər Universitetində fəaliyyət göstərən Pakistan Mədəniyyət Mərkəzi, iki dost və qardaş ölkə arasında mədəni, elmi və humanitar əlaqələrin inkişafına xidmət edən önəmli bir elm və mədəniyyət ocağıdır. Mərkəz 2021-ci ildə yaradılmış və qısa müddət ərzində universitet daxilində və xaricində maraq doğuran nüfuzlu bir platformaya çevrilmişdir.

Mərkəzin əsas məqsədi Pakistanın zəngin mədəniyyətini, urdu dilini, ədəbiyyatını, musiqisini, dini və tarixi irsini Azərbaycan cəmiyyətinə və xüsusilə tələbə gəncliyə tanıtmaq, iki ölkə arasında mədəni körpülər qurmaq və dərinləşdirməkdir. Bu məqsədlə Mərkəz mütəmadi olaraq müxtəlif akademik və mədəni tədbirlər – konfranslar, mühazirələr, film nümayişləri, sərgilər, ədəbi-bədii görüşlər, dini bayram proqramları və urdu dili üzrə kurslar təşkil edir.

Mərkəz həmçinin Pakistan Milli Müasir Dillər Universiteti (NUML) ilə əməkdaşlıq çərçivəsində tələbə və müəllim mübadiləsi, elmi-tədqiqat layihələrinin təşkili və birgə akademik forumların keçirilməsini təşviq edir. Pakistan və Azərbaycan arasındakı dostluğun tarixi köklərə əsaslandığına görə, bu mərkəz bu əlaqələrin gələcək nəsillərə ötürülməsi üçün mühüm bir tribuna rolunu oynayır.

Səmimi və qonaqpərvər mühiti ilə seçilən Pakistan Mədəniyyət Mərkəzi bütün tələbələr, müəllimlər və Pakistan mədəniyyətinə maraq göstərən hər kəs üçün açıqdır. Burada iştirakçılar yalnız nəzəri biliklər deyil, eyni zamanda müxtəlif sahələr üzrə praktiki bacarıqlar da qazanırlar.

Miri Məcidli