Yuxu iflici nədir və niyə insan yuxudan oyansa da, hərəkət edə bilmir?
13 Noyabr 2026, 21:36
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
908
26.12.2025, 23:10
Rusiyalı nevroloq Olqa Zinçeva demensiyanın ilkin əlamətləri barədə danışıb.
Oxu24.com xəbər verir ki, nevroloqun sözlərinə görə bu xəstəlik beyin strukturlarının zədələnməsi nəticəsində inkişaf edir və yaddaş, diqqət, nitq, düşünmə, gündəlik fəaliyyətlər kimi koqnitiv funksiyaların pozulması ilə müşayiət olunur.
Demensiya əvvəlcə insanın gündəlik həyatına təsir edir, iş və məişət işlərini çətinləşdirir, gec mərhələdə isə şəxsiyyətin dərin dağılmasına gətirib çıxarır.
Ən erkən simptomlardan biri qısamüddətli yaddaşın zəifləməsidir. İnsan yaxınlarının adını unuda, son günlərdə baş verən hadisələri xatırlamaya, tanış marşrutlarda çaşa bilər. Bəzi hallarda pasiyentlər eyni sualı dəfələrlə təkrarlayır.
Xəstəliyin başlanğıcında səbəbsiz depressiv hallar da tez-tez rast gəlinir. Pasiyentlərdə kədərli əhval, təşviş, şübhəçilik və inamsızlıq yaranır. Digər vacib əlamət isə məişətdə səliqəsizlikdir - insan şəxsi gigiyenaya laqeyd yanaşır, geyim və xarici görünüşünə fikir vermir. Zamanla vaxt və məkanda orientasiya da pozulur, dərmanların qəbulu və gündəlik rejim qarışır.
Zinçeva qeyd edib ki, intellektual qabiliyyətlər də zəifləyir: sadə hesablamaları və alış-verişi etmək çətinləşir, fikirlərini aydın ifadə etmək və sözləri seçməkdə problem yaranır. Bəzi hallarda isə hallüsinasiyalar müşahidə olunur.
Nevroloq vurğulayıb ki, demensiyadan şübhələndikdə vaxtında həkimə müraciət etmək vacibdir. Diaqnoz xüsusi testlər və müayinələr əsasında qoyulur, daha sonra müalicə təyin edilir. Profilaktika üçün isə koqnitiv funksiyaların mütəmadi məşqi, aktiv həyat tərzi və ümumi sağlamlığın qorunması əsas amillərdir./milli.az
09:35 / 15 Noyabr 2026
1
07:35 / 15 Noyabr 2026
71
05:50 / 15 Noyabr 2026
86
01:35 / 15 Noyabr 2026
116
01:10 / 15 Noyabr 2026
125
23:59 / 14 Noyabr 2026
326
23:51 / 14 Noyabr 2026
181
23:47 / 14 Noyabr 2026
197
23:33 / 14 Noyabr 2026
167
23:23 / 14 Noyabr 2026
480
23:16 / 14 Noyabr 2026
162
23:05 / 14 Noyabr 2026
653
23:01 / 14 Noyabr 2026
493
22:28 / 14 Noyabr 2026
1297
22:19 / 14 Noyabr 2026
164
21:55 / 14 Noyabr 2026
169
21:32 / 14 Noyabr 2026
194
21:22 / 14 Noyabr 2026
275
21:11 / 14 Noyabr 2026
1137
21:04 / 14 Noyabr 2026
1237
21:02 / 14 Noyabr 2026
178
20:56 / 14 Noyabr 2026
1002
20:50 / 14 Noyabr 2026
182
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.