Yuxu iflici nədir və niyə insan yuxudan oyansa da, hərəkət edə bilmir?
13 Noyabr 2026, 21:36
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
793
29.12.2025, 02:15
Qaraciyərə ilk növbədə həddindən artıq qidalanma, yəni müəyyən maddələrin və onları ehtiva edən məhsulların normadan artıq qəbulu zərər verir. Yanlış qidalanma vərdişlərinin nəticələri zamanla toplanır və sonda qaraciyərin fəaliyyətinin pozulmasına, eləcə də onunla bağlı xəstəliklərin yaranmasına səbəb olur.
Lent.az xəbər verir ki, bəzi geniş yayılmış meyvələr həddindən artıq istifadə edildikdə qaraciyərin sağlamlığına ciddi yük sala və onun zədələnmə riskini artıra bilər.
Manqo
Manqo şirin dadı və tropik ətri ilə sevilən meyvələrdən biridir. Lakin ABŞ Milli Tibb Kitabxanasında dərc olunan araşdırmaya görə, manqo yüksək miqdarda şəkər ehtiva edir. Meyvənin pulpasının təxminən 15 faizi fruktozadan ibarətdir. Fruktoza qaraciyərdə yağa çevrilir və onun həddindən artıq qəbulu qaraciyərin piylənməsi xəstəliyinə səbəb ola bilər. Bu vəziyyət qaraciyər hüceyrələrində yağ yığılması ilə müşayiət olunur və zədələnmə riskini artırır. Mütəxəssislər manqonun istehlakını məhdudlaşdırmağı tövsiyə edirlər. Qaraciyər problemi və ya diabeti olan şəxslər fərdi məsləhət üçün həkimlərinə müraciət etməlidirlər.
Durian
“meyvələrin kralı” kimi tanınan durian kəskin dadı və kreməbənzər teksturası ilə seçilir. Bu meyvə faydalı vitamin və minerallarla zəngin olsa da, eyni zamanda yüksək kalorili və doymuş yağlarla zəngindir ki, bu da qaraciyər sağlamlığına mənfi təsir göstərə bilər. Qaraciyərin piylənməsi olan insanlara şəkər, yağ və kalori miqdarı yüksək olan qidalardan uzaq durmağı tövsiyə edir, çünki bu məhsullar qaraciyərin vəziyyətini daha da ağırlaşdıra bilər.
Bundan əlavə, Ümumdünya Səhiyyə Təşkilatının araşdırmasına görə, doymuş yağların çox istehlakı insulinə davamlılıq və qaraciyər xəstəlikləri riskini artırır. Qaraciyərin piylənməsi olan insanlarda durianın həddindən artıq qəbulu qaraciyərin yağları emal etmə qabiliyyətini zəiflədərək iltihaba və yağ yığılmasının artmasına səbəb ola bilər.
Lonqan
Lonqan fruktoza, qlükoza və saxaroza ilə zəngindir. Bu şəkərlərin həddindən artıq qəbulu qaraciyərə əlavə yük yarada bilər. Lonqanın normadan artıq istehlakı bağırsaq mikroflorasının pozulmasına, iltihaba və qaraciyər funksiyasının zəifləməsinə səbəb olur.
Zəngəfər meyvəsi (boyarışnik)
Boyarışnik tez-tez mürəbbə və şərbətlərin hazırlanmasında istifadə olunur və ya yüksək miqdarda limon turşusu kimi üzvi turşulara malik olduğu üçün həzmi yaxşılaşdırmaq məqsədilə çiy halda yeyilir. Həzmə müsbət təsir göstərsə də, həddindən artıq qəbulu mədə-bağırsaq narahatlığına, ürəkbulanma, ishal və qarın ağrısına səbəb ola bilər. Sağlam insanlar üçün optimal qaraciyər sağlamlığını qorumaq məqsədilə bir porsiyada təxminən 100-150 qramdan çox istehlak edilməməsi tövsiyə olunur.
23:59 / 14 Noyabr 2026
122
23:51 / 14 Noyabr 2026
65
23:47 / 14 Noyabr 2026
77
23:33 / 14 Noyabr 2026
81
23:23 / 14 Noyabr 2026
244
23:16 / 14 Noyabr 2026
78
23:05 / 14 Noyabr 2026
331
23:01 / 14 Noyabr 2026
175
22:28 / 14 Noyabr 2026
750
22:19 / 14 Noyabr 2026
95
21:55 / 14 Noyabr 2026
116
21:32 / 14 Noyabr 2026
140
21:22 / 14 Noyabr 2026
180
21:11 / 14 Noyabr 2026
752
21:04 / 14 Noyabr 2026
910
21:02 / 14 Noyabr 2026
130
20:56 / 14 Noyabr 2026
667
20:50 / 14 Noyabr 2026
138
20:38 / 14 Noyabr 2026
134
20:23 / 14 Noyabr 2026
1332
19:54 / 14 Noyabr 2026
122
19:50 / 14 Noyabr 2026
127
19:36 / 14 Noyabr 2026
2044
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.