Kişilərin bilməli olduğu VACİB MƏLUMAT (18+)
30 Yanvar 2026, 23:30
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
1063
10.01.2020, 14:29
Soğan süfrənizə qoyduğunuz yeməklərin ayrılmaz bir hissəsidir. Bəs bu günə qədər zibilə atdığınız soğan qabıqlarının faydalarından xəbəriniz varmı? Evdar.az-ın təqdim etdiyi araşdırmanı oxuduqdan sonra soğan qabığını atmayacaqsınız.
Dəri sağlamlığı üçün mükəmməldir
Araşdırmalar, soğanın qəhvəyi rəngli xarici qabığının antioksidant, lif və flavanoid baxımından zəngin olduğunu göstərir. Soğanın xarici qabığı bu xüsusiyyətləriylə dəri sağlamlığının unikal bir mənbəyidir.
Damar tıxanıqlığı və yüksək təzyiq probleminiz varsa…

Soğan qabığının tərkibindəki kversetin sayəsində damar tıxanıqlığı və yüksək təzyiqi azaldıcı təsirə sahibdir. Bunlardan əlavə, soğan qabığı xərçəng əleyhinə, antibakterial və göbələk əleyhinə komponentlər baxımından da olduqca zəngindir.
Həmçinin oxuyun
Qidalanmanızda soğan qabığına yer vermək aşağıdakı xəstəliklərə tutulma riskini azaldır:
Ürək və damar xəstəlikləri (kardiovaskulyar xəstəliklər)
Kolon (qalın bağırsaq) xərçəngi
Aşırı köklük
2-ci tip şəkərli diabet
Həzm sistemi problemləri
Soğan qabıqları yeməklərdə necə istifadə edilir?

Soğan qabığını birbaşa yemək çox iştahaçan olmadığı üçün şorbalarınızda və ya yeməklərinizdə istifadə etmək yaxşıdır. Yuduğunuz soğan qabıqlarını kiçik parçalar halında atıb yeyərək və ya böyük parçalar halında atıb daha sonra içindən çıxardaraq istifadə edə bilərsiniz.
Qida dəyəri yüksək liflər xərçənglə mübarizə aparır
Soğan qabığının tərkibindəki yüksək liflər möhkəmləndirici qida olaraq əvəzolunmazdır. Bu liflər, bağırsaqlarda yığılan toksinin atılmasına köməkçi olaraq, bədənin pH tarazlığını tənzimləməyə kömək edir. Toksinlərdən təmizlənmiş bağırsaqlarda şiş hüceyrələrinin əmələ gəlməsini və inkişafının qarşısını alır. Ancaq hamilə qadınların və süd verən anaların soğan qabığını istifadə etməsi tövsiyyə edilmir.
16:15 / 31 Yanvar 2026
21
16:14 / 31 Yanvar 2026
24
16:11 / 31 Yanvar 2026
22
16:04 / 31 Yanvar 2026
28
15:51 / 31 Yanvar 2026
102
15:45 / 31 Yanvar 2026
28
15:35 / 31 Yanvar 2026
84
15:28 / 31 Yanvar 2026
37
14:34 / 31 Yanvar 2026
937
13:57 / 31 Yanvar 2026
73
13:45 / 31 Yanvar 2026
93
13:15 / 31 Yanvar 2026
203
12:54 / 31 Yanvar 2026
797
12:48 / 31 Yanvar 2026
103
12:20 / 31 Yanvar 2026
1203
11:51 / 31 Yanvar 2026
613
11:48 / 31 Yanvar 2026
87
11:02 / 31 Yanvar 2026
89
11:00 / 31 Yanvar 2026
76
10:49 / 31 Yanvar 2026
325
10:40 / 31 Yanvar 2026
145
10:31 / 31 Yanvar 2026
4145
10:19 / 31 Yanvar 2026
1213
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.